Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Qərar verildi: Naxçıvanın sabiq təhlükəsizlik naziri azadlığa buraxılmalıdır!

Qərar verildi: Naxçıvanın sabiq təhlükəsizlik naziri azadlığa buraxılmalıdır!

Azərbaycan Respublikası Ali Məhkəməsində Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
Vəli Ələsgərovun vəkili Vüqar Xasayev musavat.com-a məlumatı təsdiq edib. Bildirib ki, qərar verilsə də, müvəkkili hələ ki, Naxçıvan həbsxanasındadır. Vəkil qərarın yaxın günlərdə icra ediləcəyinə ümid etdiyini açıqlayıb.

Xatırladaq ki, Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda həbsdə olan Vəli Ələsgərova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham irəli sürülüb: 179.3.2 (dövlət əmlakını mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma). Sonradan isə ona Cinayət Məcəlləsinin 302.2 (telefon danışıqlarını qanunsuz dinləmə) maddəsi ilə də ittiham elan olunmuşdu.

15 il Naxçıvan MTN-ə rəhbərlik edən, öz qəddarlığı ilə tanınan, nazirliyin zirzəmisini işgəncə məkanına çevirən Vəli Ələsgərovun Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə onun göstərişi ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun və ailə üzvlərinin telefonlarını dinlədiyi, kompromat xarakterli materiallar toplayıb Bakıya ötürdüyü haqda xəbərlər yayılmışdı.

E.Məmmədəliyev,
Musavat.com