"Qarabağ"ın futbolçusu Abdullah Zubir klubu tərk edə bilər.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin xidmətində ötən mövsüm Fransada Liqa 1-i tərk edən "Genqam" maraqlıdır. Zubirin transferini reallaşdırmaq üçün klub prezidenti Bertrand Desplat və menecer Stefan Karnonun hazırda Bakıda olduğu bildirilir.

Qeyd edək ki, ötən ilin yayında Fransanın "Lans" klubundan gələn Mərakeş əsilli fransalı futbolçunun "Qarabağ"la 2020-ci ilin iyulunadək müqaviləsi var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!