Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

""Qarabağ"la oyunun əhəmiyyətinin fərqindəyik"

"Duel iki matçdan ibarətdir. "Slovan"la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq".

Milli.Az "report"a istinadən bildirir ki, bunu "Ferentsvaroş"un prezidenti Qabor Kubatov Macarıstanda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Fuknsioner azarkeşlərin matçın ağırlığını hiss etdiklərini bildirib: "Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır".

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Milli.Az