Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

"Qarabağ" Vətənə qayıdıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Macarıstandakı cavab oyununda "Ferentsvaroş" klubuna 3:1 hesablı qələbə qazanan "Qarabağ" Bakıya qayıdıb.

Milli.Az "report"a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda "köhlən atlar"ı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, "Qarabağ" (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb. "Qarabağ"ın rəqibi Macarıstan çempionu "Ferentsvaroş" klubu olub. Budapeştdəki "Groupama Arena"da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Azərbaycan təmsilçisinin növbəti - pley-off mərhələsindəki rəqibi Moldovanın "Şerif" komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın "Viktoriya" komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq. Pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə avqustun 23-24-də təşkil olunacaq.

Milli.Az