Azerbaijan

Qüdrət Həsənquliyev: "Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir"

Çox təəssüf ki, torpaqlarımızın müdafiəsi üçün vuruşmuş bir soydaşımız xuliqanlıq ittihamı ilə həbs olunub.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.

Onun sözlərinə görə, bəzi siyasi dələduzlar Tofiq Yaqubludan istifadə edirdilər:

"Ətrafdakı bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarakterindən məharətlə istifadə edirdilər. Onu qızışdırırdılar ki, Tofiq Yaqublu cəsurdur və qorxmazdır. O isə radikallıqdan siyasi ekstremizmə yuvarlanmaqda idi".

Q.Həsənquliyev qeyd edib ki, T.Yaqublu böyük əsəb gərginliyi keçirirdi:

"Onun çıxışlarına qulaq asdıqca hiss edirdim ki, o, küyə düşdüyünü başa düşür, amma onun üçün ayrılmış roldan imtina edə bilmir. Tofiq Yaqublunun böyük əsəb gərginliyi keçirdiyini hər kəsin duyması çətin deyildi, ona görə də onun həbsi barədə eşidəndə çox da təəccüblənmədim. Ümid edirəm ki, istintaq hadisənin real baş vermə səbəbini obyektiv araşdıracaq. Bu hadisəni siyasiləşdirmək istəyənlərə üzümü tutub deyirəm ki, əgər o öz əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı sizlərsiniz".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Football news:

There is a real chance that 50-60 clubs will go bankrupt. The owner of Huddersfield about the consequences of the pandemic
Valverde about the game with Manchester City: we Want to play so that we can go further. Real is ready to do anything for this
Great selection from Roma: KAFU opens up in the box and waits for a pass, but instead Totti and Batistuta score masterpieces
Sabitzer has been exposed to coronavirus in April
In the 90s, the Russian club played in the Finnish championship: the players carried cigarettes, the President went on the field. It ended because of the default
Flick about Holand: it is the first season, so it is too early to compare it with Levandovsky
Felix sprained a knee ligament in training. This is his 3rd injury of the season at Atletico