Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Ərdoğana təcili ehtiyac var” – Rusiya mediasından ÇAĞIRIŞ

Rusiyanın işğalında olan və son vaxtlar bombardmanların hədəfinə çevrilən Avropanın ən böyük Atom Elektrik Stansiyası “Zaporojye” ətrafında gərginlik artıb.

Publika.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossinin AES-in son vəziyyətini “tamamilə nəzarətdən çıxmış” adlandırmasından sonra Rusiya mətbuatından “təcili çağırış” gəlib.

“Moskovski Komsomolets” qəzeti bu təhlükənin qarşısını ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ala biləcəyini yazıb:

“Ərdoğana təcili ehtiyac var: bizi yeni Çernobıldan yalnız Türkiyə prezidenti xilas edə bilər. “Zaporojye” stansiyası ilə bağlı insidentdə risk həddən artıq böyükdür, həlli müşküldür”, - müəllif vurğulayıb.

Məqalədə Avropanın Çernobıl olaylarından daha pis nüvə fəlakəti ilə üz-üzə qaldığı bildirilib: “Bunlar jurnalist şişirtmələri, analitiklərin ehtimalları, ekspertlərin uydurmaları deyil. Bu, eyni anda bir neçə müstəqil mənbədən alınan rəsmi məlumatdır. Təhlükə çox yaxındadır”.

(teleqraf.com)