Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya ilə bağlı xüsusi qətnamə BMT Təhlükəsizlik Şurasına təqdim edildi

Birləşmiş Ştatlar və Albaniya BMT Təhlükəsizlik Şurasına DXR, LXR, Zaporojye və Xerson vilayətlərində bu regionların Rusiyaya birləşdirilməsi məsələsinə dair referendumların keçirilməsi ilə bağlı qətnamə layihəsi təqdim ediblər.

Publika.az xəbər verir ki, bu barədə Albaniyanın BMT-dəki daimi nümayəndəsi Ferit Hoca məlumat verib.

ABŞ və Albaniya qətnamə layihəsinin mətninə dəstək alacağını gözləyir. Orada Rusiyanın hərəkətləri “qəbuledilməz” kimi qiymətləndirilir və layihə müəllifləri də beynəlxalq hüquqa hörmət etməyə çağırırlar.

Onlar hesab edirlər ki, yaxın günlərdə Kiyevdə qətnamə ilə bağlı səsvermə keçirilə bilər. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa bildirib ki, bundan sonra Ukrayna Baş Assambleyaya keçməyə hazırlaşır.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxış edəcək.

Hüseyn İbadlı