Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiya İran PUA-ları ilə Kiyev vilayətinə HÜCUM ETDİ

Rusiya hərbçiləri İranın kamikadze pilotsuz uçan aparatları ilə Kiyev vilayətində Bila Tserkvanı vurublar.

Publika.az bu barədə Kiyev vilayət rəhbəri Aleksey Kulebanın "Teleqram" kanalına istinadla yazır .

Hücum nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib.

"Bila Tserkvada bir neçə partlayış barədə məlumat var. İlkin məlumata görə, şəhərə kamikadze pilotsuz uçan aparatlar tərəfindən hücum edilib. Bu səbəbdən infrastruktur obyektlərində yanğınlar baş verir. Bir qurban var", - məlumatda deyilir.

Xatırladaq ki, Ukrayna hərbçiləri bundan əvvəl rusların kamikadze dronlarla zərbələri gücləndirə biləcəyi barədə xəbərdarlıq etmişdilər, ona görə də onlar ukraynalılara məsləhət vermişdilər .

Hüseyn İbadlı