Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rusiyadan ABŞ-a SƏRT MESAJ: "Bizi sövq edəcək ki..."

Moskva Vaşinqtonu Ukrayna silahlı qüvvələrini ağır və uzaqmənzilli silahlarla təchiz etməmək barədə xəbərdarlıq edib ki.

Publika.az xəbər verir ki, bu barədə Hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun plenar iclasında məlumat verib.

O qeyd edib ki, Vaşinqtonun bu addımı, qaçılmaz olaraq Rusiyanın müvafiq cavab tədbirlərinə səbəb olacaq.

"Biz Vaşinqtonun strateqlərinə cənub sərhədimizdə eskalasiya yolunu tutmağı tövsiyə etməzdik. Biz Ukrayna silahlı birləşmələrinə ağır və uzaqmənzilli silahların tədarükünə qarşı qətiyyətlə xəbərdarlıq edirik ki, bu da bizi qaçılmaz olaraq müvafiq cavab tədbirləri görməyə sövq edəcək", - diplomat bildirib.

Hüseyn İbadlı