Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Salahdan əl çəkmirlər: Yeni böyük təklif hazırlanır

"Liverpul"un hücumçusu Məhəmməd Salah hələ də Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun maraq dairəsində qalır.

Publika.az xəbər verir ki, jurnalist Ekrem Konurun sosial şəbəkələrdə verdiyi məlumata görə, “Əl-İttihad” rəhbərliyi Salahın yanvarda transferi üçün yeni böyük təklif hazırlayır. Yayda Səudiyyə klubu futbolçu üçün təxminən 200 milyon avro təklif etməyə hazır olsa da, razılaşma baş tutmadı.

Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Misirli İngiltərə klubuna İtaliya "Roma"sından keçib. Futbolçunun "qırmızılar"la müqaviləsi 2025-ci ilin yayına qədərdir. İngiltərə çempionatının bu mövsümündə Salah artıq "Liverpul"un heyətində altı oyun keçirib və üç qol vurub, dörd məhsuldar ötürmə edib.