Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

“Şantaja cavab verilməzsə nüvə müharibələri başlayacaq” -Ukrayna PA-nın rəhbərindən ŞOK AÇIQLAMALAR

“Şantaja cavab verilməzsə nüvə müharibələri başlayacaq” -Ukrayna PA-nın rəhbərindən ŞOK AÇIQLAMALAR

"Rusiyanın nüvə şantajına cavab sərt və birmənalı olmalıdır, əks halda milyonlarla qurbanı olan nüvə müharibələri qaçınılmaz olacaq".

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak yeni açıqlamaları ilə gündəm olub.

Andrey Yermak bütün dünyanı Rusiyanın nüvə şantajına qarşı sərt reaksiya verməyə çağırıb. O, bildirib ki, Rusiyanın bu davranışına qarşı cavab verilməzsə nüvə müharibələri başlayacaq. Eyni zamanda Andrey Yermak bu nüvə müharibələrinin milyonlarla qurbanı olacağını bildirib.

“Rusiyanın nüvə şantajına cavab sərt və birmənalı olmalıdır, nüvə təcavüzkarına güzəşt ideyası rədd edilməlidir. Əks təqdirdə, hər bir iddialı diktator nüvə silahı əldə etməyə çalışacaq. Nüvə silahlarının yayılmaması ilə bağlı razılaşmalar faydasız olacaq. Sonra milyonlarla qurbanın olduğu nüvə müharibələri başlayacaq”, - deyə Yermak Amerikanın “The Atlantic” jurnalında dərc olunan köşə  yazısında qeyd edib.

Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahından istifadə etməklə hədələmiş, onun bəyanatının “blef olmadığını” bildirmişdi.

Musavat.com