Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb

Harvard Universitetindən Avi Loeb və onun aspirantı Amir Sirac astronomik kataloqlardakı məlumatları təhlil etdikdən sonra 2014-cü ildə Yeni Qvineya yaxınlığında dənizə düşən meteoritin başqa ulduz sistemindən gələ biləcəyi qənaətinə gəliblər.

Publika.az xəbər verir ki, bu barədə dərc edilən məqalədə deyilir.

Onlar arqumentlərdən biri kimi obyektin saniyədə təxminən 45 kilometr sürətlə planetin atmosferinə daxil olmasını göstərirlər.

Bu günə qədər alimlər Günəş sistemində yaranan 750 mindən çox asteroid və kometdən, Günəşin orbitində "qonaq" olan yalnız iki kosmik obyektdən xəbərdardırlar.

Bir müddət 19 oktyabr 2017-ci ildə kəşf edilən "1I/Oumuamua" yeganə ulduzlararası kosmik obyekt hesab olunurdu. Bu tam təyinatdakı I hərfi ilk dəfə təqdim edilmişdir və "ulduzlararası" deməkdir. "Oumuamua" sözünün özünü Havay dilindən təxminən "uzaqdan ilk gələn elçi" kimi tərcümə etmək olar.

Tarixdə rəsmi olaraq ulduzlararası kimi tanınan ikinci kosmik obyekt 2019-cu il avqustun 30-da Gennadi Borisov tərəfindən kəşf edilib.

Əvvəlcə komet C / 2019 Q4 (Borisov) adlandırılıb, lakin elmi ictimaiyyət onun başqa bir ulduzdan gəldiyini başa düşdükdən sonra bu ad 2I / Borisov olaraq dəyişdirildi, burada 2 obyektin seriya nömrəsi, I onun ulduzlararası olması, "Borisov" isə kəşf edənin adıdır.

Hüseyn İbadlı