Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Sumqayıtda yaşayış binasında

Sumqayıtda yaşayış binasında

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 m² olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 m² sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 m² sahədə və 4 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.