“Gürcü Arzusu”nun baş katibi, paytaxtın meri Kaxa Kaladze Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya gəlişinə münasibət bildirib.
Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, o, bu faktı “narahatedici” adlandırıb.
Kaladzenin jurnalistlərə verdiyi məlumata görə, Lukaşenkonun səfəri siyasi baxımdan düzgün olmayan addımdır:
“Lukaşenkonun Abxaziyaya səfəri narahatedici və ağır faktdır. Qeyri-dost və siyasi cəhətdən düzgün olmayan addım olmaqla yanaşı, işğal qanununu da pozub və nəticədə tərəfimizdən cavab veriləcək. Bildiyimə görə, səfir artıq çağırılıb”, - deyə Kaxa Kaladze bildirib .
Məlumat üçün bildirək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya gəlib. Lukaşenko Abxaziyanın qondarma prezidenti Aslan Bjaniya ilə Bişvinti bağ evində görüşüb.