Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ukraynada müharibə bu tarixdə bitəcək, Krım isə...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukraynanın Krımı geri alacağına və bunun çox tezliklə olacağına əmin olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə milli telemarafonda çıxışı zamanı deyib.

"Bu, mənim ikinci vətənimdir. Mən Krımda böyümüşəm. Biz də tezliklə ora qayıdacayıq", - o vurğulayıb.

Jurnalistlərin "silah gücü ilə qayıdacağıq" sualına, Budanov müsbət cavab verib. "Bəli, silahla dönəcəyik. Başqa variant yoxdur".

O, Rusiya ilə müharibənin tezliklə bitəcəyini də qeyd edib:

"Bütün bu müharibə çox uzun sürməyəcək. Tezliklə bitəcək".

O, may ayında hadisələrin alqoritmi haqqında danışdığını xatırladıb:

“Mən o zaman birbaşa dedim ki, iyun ayı təəssüf ki, bizim üçün yaxşı olmayacaq, bir az itirəcəyik, iyulda şərti durğunluq olacaq, avqustda ərazimizi bərpa etmək üçün kiçik bir hərəkətə başlayacağıq”.

Budanov qeyd edir ki, əsasən qışda müharibə səngiyəcək:

"Və qışdan sonra bu münaqişənin sonu olacaq - 1991-ci ildən inzibati sərhədlərə birinci mərhələdə çıxış başlayacaq".

Onun sözlərinə görə, ona məlum olan faktlara əsasən, Krımın azad edilməsi yazın sonunadək həyata keçiriləcək.

"Bəlkə də bir az əvvəl - günlərdə səhv edə bilərsiniz, lakin alqoritmdə deyil", - o vurğulayıb.

Hüseyn İbadlı