Azerbaijan

Ünvanlı sosial yardımların aylıq məbləği 225 manatı ötüb

Ünvanlı sosial yardımların aylıq məbləği 225 manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi nəticəsində büdcədən bu istiqamətdə yönəldilən vəsaitlər də artırılır.

Bizimyol.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məllumata görə, 2019-cu ilin müvafiq dövrünə nisbətən, bu ilin ilk yarımilində ünvanlı dövlət sosial yardımlarının ödənişi üçün 62% və ya 40,4 mln. manat çox olmaqla, 105 mln. manata yaxın vəsait xərclənib.

Son aylarda bu yardımı alan ailələrin sayı 14 mindən çox artıb və bu say hazırda 85 minə (350 mindən çox ailə üzvü) yaxındır. Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artmaqda davam edərək 225 manatı ötüb.

Ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi dövründə bitən ailələrə bu yardımın verilməsi davam etdirilir.

Football news:

Ancelotti on the recipe for winning the Champions League: unconsciousness of actions, luck and courage
Werder searches for talent using machine learning and predicts injuries from DNA
Langle about the match with Napoli: We have a very small advantage
Elvin Kerimov: in 2012, Utkin calls: I Read your text on Showsport, since September 1, you are fired
Willian is impressed with Arteta's desire to sign him to Arsenal, but has not yet decided where he will go
Adebayor on Ronaldo: real know what they lost by letting him go. These players appear once every 200 years
At 3 o'clock in the morning, Vasya wrote: Elvin, this is pathetic, monstrous. I am wildly disappointed. Kerimov on criticism from Utkin