Azerbaijan

Vaqif Dərgahlı: "Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır"

Cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqından, xüsusən də KİV nümayəndələrindən xahiş edirik ki, bu məsələ ilə bağlı yalnız rəsmi məlumatlara istinad etsinlər: "Yalan məlumat yaymaq düşmən dəyirmanına su tökməkdir. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə çağırışlar ediblər.

Biz anlayırıq ki, bu, vətəndaşlarımızın vətənpərvərlik hissindən irəli gəlir. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, əsgərləri düşmənə cavab verməyə qadirdir. Bu cür məlumatlar yayıb çağırış etməyə ehtiyac yoxdur. Bu məlumatlar yalnız düşmənin maraqlarına xidmət edir. Hazırda bölgədə atəşkəsin pozulması davam edir, ara-sıra qarşılıqlı artileriya zərbələri endirilir".

Milli.Az

Football news:

Mata on Manchester United's victory: The team is physically exhausted. It's not our best match, but it's important to win now
Bas Pro 1:2 from Inter: after the opening 20 minutes, Bayer entered the game. I believed that we could do something
Conte on 2:1 with Bayer: When a coach sees such dedication, he is always happy
Sanchez finished the match against Bayer, despite the injury
Solskjaer is the fifth coach with whom Manchester United reached the semi-finals of the European Cup
Manchester United are set to buy Sancho this summer despite Borussia's claim that he is staying
Shirokov beat the judge at an Amateur tournament: promised that # # # # # [vdarit] for a red card-and # # # # # [vdarit]