Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xəyalənin makiyajını “vulqar” adlandırıb, TƏNQİD ETDİLƏR -

Aparıcı və aktrisa Xəyalə Quliyeva izləyicisi ilə "kəllə-kəlləyə" gəlib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, televiziya ulduzunun sosial şəbəkə hesabında etdiyi "sual-cavab" sorğusu Xəyaləyə baha başa gəlib. 

Belə ki, aktrisanı həddən artıq makiyajdan istifadə etdiyinə görə tənqid atəşinə tutublar. İzləyicisinin "Makiyajınız hədsiz vulqar olur. Bir az sadə makiyaj edə bilərsiz?" sualına X.Quliyeva belə reaksiya bildirib. 

"Qətiyyən elə deyil. Kiprik qaynağı makiyajı çox göstərir. "Hekayə" bölümündə paylaşdığım fotolarda "filt" effektidir. Normalda, sadəcə üzümə tonal krem çəkirəm. Bu qədər... Nə göz üçün "ten"dən, nə də ki göz qələmindən istifadə edirəm. Siz deyəsən vulqar makiyaj görməmisiz?!" - deyə Xəyalə cavab verib. 

Milli.Az