Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Xocavənddə aşkarlanan kütləvi məzarlıq hərbiçilərimizə məxsusdur

Xocavənddə aşkarlanan kütləvi məzarlıq hərbiçilərimizə məxsusdur

Xocavənddə aşkarlanan kütləvi məzarlıqda olan skelet sümükləri hərbiçilərimizə məxsusdur.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında məhkəmə tibbi kriminalistika şöbə rəisi Nuranə Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

"Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6, skelet sümüyü üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbiçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək" - deyə o əlavə edib.