Kaliforniya universitetinin alimi "SETİ" proqramının nəticələrini açıqlayıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, proqram çərçivəsində 1327 qonşu ulduz tədqiq edilib. Alimlər yadplanetli sivilizasiyanın mövcudluğunu sübut edən heç bir siqnal aşkar etməyiblər. Bu barədə "Live Science" nəşri məlumat yayıb.

Tədqiqat "Breakthrough Listen initiative" layihəsi çərçivəsində aparılıb. Məqsəd texnologiya cəhətdən inkişaf etmiş sivilizasiyaların texnosiqnaturasını axtarmaq olub. Bunun üçün alimlər "Qrin-Benk" və "Parks" radio teleskoplarından istifadə ediblər. Teleskopların birincisi ABŞ-ın Qərbi Virciniya ştatında, ikincisi isə Avstraliyada, Yeni Cənubi Uelsdə quraşdırılıb. Sonradan əldə edilən məlumatlar analiz edilib.

Tədqiq edilən ulduzlar Yerdən 160 işıq ili uzaqda yerləşir. Astronomlar minlərlə maraqlı siqnal tutublar. Amma sonradan məlum olub ki, bütün siqnallar əsasən peyklərdən gəlir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!