Azerbaijan

Yeni növ koronavirusun mənşəyi ilə bağlı araşdırmalar davam etdirilir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyi və ilkin yayılma ərazisi barədə əsaslı araşdırmalara ehtiyac olduğunu deyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bu barədə danışıb.

O bildirib ki, virusun Uxanda və ya başqa yerdə heyvandan insana keçməsini müəyyən etmək üçün müfəssəl tədqiqatlara ehtiyac var. Dünyada ilk dəfə Çinin bu şəhərində yeni növ ağciyər xəstəliyi ilə bağlı həyəcan siqnalı çalınmasına baxmayaraq, heç də o anlama gəlməməlidir ki, bu şəhər ilk yayılma baş verən məkandır.

M.Rayan qeyd edib ki, bu virusa yoluxan ilk şəxslər müəyyən edildiyi halda heyvan mənşəyini araşdırmaq mümkün ola bilər. O, bu prosesin özünü belə samanlıqda iynə axtarmağa bənzədib. Çinli həmkarları ilə birgə çalışan ÜST mütəxəssisləri müvafiq araşdırmaları aparıblar və bu araşdırmalar ÜST-nin rəhbərlik etdiyi beynəlxalq qrupun fəaliyyəti üçün əsas olacaq. Həmin qrup Çində virusun mənşəyi ilə bağlı bütün suallara aydınlıq gətirməli və araşdırmalar aparmalıdır.

Milli.Az

Football news:

Barcelona's Interest in Isak Increased after Koeman's appointment. Larsson has a high opinion of the player (Mundo Seportivo)
Manuel Pellegrini: When you play against Real Madrid and var, it's too much
PSV and Porto are Interested in Barcelona midfielder PUC. He doesn't want to leave the club
Puyol about Barcelona: If we want to win the championship, we need to perform very well
Schalke sacked Wagner. The team has not won the Bundesliga since January
Iacini on 3:4 with Inter: Even a draw would be an unfair result, given how many chances Fiorentina created
Ramos Pro 3:2 with Betis: the Referee tried his best and didn't do anything intentionally