Azerbaijan

“Zəlzələlərə görə təşvişə ehtiyac yoxdur” -

"Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O, seysmik aktiv bölgədə yerləşən Şamaxıda və Lerikdə vaxtaşırı təkanların qeydə alınmasının mümkün olduğunu bildirib:

"Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb. ( ml=3.8), bir neçə dəqiqə əvvəl Lənkəran Lerik sərhəddində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub. Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran Lerik sərhəddində 10 kilometrdir.
Nəzərə almaq lazımdır ki, hər iki seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür".

Milli.Az