Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Zurabişvili DİN rəhbəri ilə rusların Gürcüstana axınını müzakirə etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili, Daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə bu gün ölkənin qarşısında duran vəzifələr müzakirə olunub.

Bildirilib ki, görüş zamanı prezident Rusiya vətəndaşlarının Gürcüstana axını ilə bağlı dolğun məlumat alıb və qeyd edib ki, onu narahat edən məsələ ilə bağlı ictimaiyyətin hərtərəfli məlumat əldə etməsi vacibdir.

Zurabişvili Gürcüstana daxil olan rusların statistikası ilə bağlı nazirin bu günkü açıqlamasını alqışlayıb və ona ictimaiyyətə dolğun məlumatlar verdiyi üçün təşəkkür edib.

Prezident öz növbəsində deyib ki, hökumət bütün mexanizmlərdən, o cümlədən Milli Təhlükəsizlik Şurasının formatından istifadə etməsi də vacibdir ki, ictimaiyyətdə məsələ ilə bağlı suallar qalmasın və risklərin nəzərə alındığı hiss və bütün rıçaqlardan istifadə edilsin.