ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi – müharibə sonuncu fazaya keçdi

Azər Badamov: “Müasir silahların çox işləməsi daha çox insan tələfatı deməkdir”

Elçin Mirzəbəyli: “ABŞ uzunmüddətli ssenariyə hazırlaşır”

Şəhla Cəlilzadə: “Qələbə Ukrayna xalqının mübarizə əzminə və güclü ruhuna bağlı qalır”

Oktyabrın 1-də ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib. Bunu Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk bildirib.
“ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib. Bu, daha çox fərqli və yüksək keyfiyyətli silahlar deməkdir. Ukrayna, şübhəsiz ki, bütün ərazilərini geri qaytaracaq”, - deyə Stefançuk Twitter hesabında qeyd edib.

Hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov bildirib ki, qanun oktyabrın 1-də qüvvəyə minib və bu proqram üzrə ABŞ-dan ilk silah ayın ortalarında Ukraynaya gələcək. O əlavə edib ki, silahların çatdırılma sürətinə onların Amerika və ya Avropakı anbarlardan göndərilməsi təsir edəcək. Bu isə Rusiya-Ukrayna müharibəsinin daha amansız, daha doğrusu həlledici və sonuncu fazaya keçməsi deməkdir. Təsadüfi deyil ki, bir çox hərbi analitiklər məhz oktyabr ayının hər iki tərəf (Rusiya və Qərb) taleyüklü olacağını bildiriblər. Həm də o səbəbə ki, oktyabr döyüş əməliyyatları aparmaq üçün payızın sonuncu əlverişli ayıdır.

YAP-çı deputat Azər Badamov məsələni bu cür şərh etdi: “Lend-liz sözünün mənası borc vermək və icarəyə vermək, müvəqqəti istifadəyə vermək mənasını daşıyır. Əslində bu qanun ABŞ-ın yardım proqramıdır. Belə bir proqram İkinci dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlq, ərzaq, tibb avadanlıqları və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilib. Bu gün ABŞ-ın Ukrayna üçün bu qanunun qüvvəyə mindirməsinin daha çox yardımla müharibədə Ukraynanın qalib gəlməsində böyük rolu olacaqdır. Bu proqrama əsasən yardımın bir hissəsi artıq oktyabrın ortalarında Ukraynaya çatacağı bildirilir. Hesab edirəm ki, cəbhədə daha çox silahların işlənməsi daha çox dağıntıların baş verməsi və canlı qüvvəsinin məhv olunması deməkdir. ABŞ istəyir ki, müharibədə Ukrayna qalib gəlsin və regiondakı öz maraqlarını həayata keçirməsinə davam etsin. Təbii ki, qeyd etdiyim kimi daha müasir silahların çox işləməsi daha çox insan tələfatı deməkdir. Ona görə də ABŞ və Qərb müharibənin dayandırılması üçün diplomatik yollardan istifadə edərək müharibəni döyüş meydanından masa üzərinə keçirilməsi planlarını ortaya qoysaydılar daha yaxşı olardı. Bu, həm dünyada nüvə müharibəsi riskini azaltmış olar, həm də dünyada dərinləşməkdə davam edən iqtisadi böhranın qarşısının alınmasına xidmət edər”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu qanunun əhəmiyyətinin böyüklüyündən söz açdı: “ABŞ prezidenti Franklin Ruzveltin 1941-ci ilin martında imzaladığı lend-liz qanunu SSRİ-nin Hitler Almaniyası üzərindəki qələbəsində müstəsna rol oynayıb və əgər Tehran konfransından sonra ABŞ, Böyük Britaniya və Kanadanın yardımları olmasaydı, müasir Rusiya tarixçilərinin nə deməsindən asılı olmayaraq, istisnasız olaraq, SSRİ Almaniya üzərində qələbə çala bilməyəcəkdi. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, ABŞ lend-liz qanununu 1941-ci ildə qəbul etsə də SSRİ-yə real yardımlar 1943-cü ildən etibarən başladı. Bu baxımdan, qanunun nə vaxtdan və necə tətbiq olunacağı əsas amillərdən biri və bəlkə də birincisidir. Qeyd edim ki, Bayden Ukraynaya əlavə dəstək üçün 33 milyard dollar ayrılması ilə bağlı Konqresə müraciət edib. Bu vəsaitlərin 20 milyardı hərbi yardım, 13 milyardı isə iqtisadi və humanitar dəstək formasında veriləcək. İndiki şəraitdə, müharibənin gedişinə təsir göstərəcək amil yardımın hansı silah növlərini əhatə edəcəyi və nə zamandan etibarən Ukraynaya çatdırılacağı ilə bağlıdır. İlkin məlumata görə, yardım çərçivəsində Ukraynaya tank, zenit və artilleriya qurğularının, pilotsuz uçuş aparatlarının göndərilməsi nəzərdə tutulur. Ola bilsin ki, Kiyevə mürəkkəb və yüksək texnologiyalı silah sistemləri – “Abrams” tankları, “Bredli” piyada maşınları da verilsin. Nəzəri baxımdan, hər şey mümkündür və hər şeyi zaman göstərəcək. Maliyyə və hərbi yardımın həcminin nəzərə çarpacaq dərəcədə artması, həmçinin bu yardımın Ukraynaya çatdırılması üçün gərəkən vaxt sübuta yetirir ki, ABŞ problemin qısa müddətdə həll olunmayacağı qənaətindədir və uzunmüddətli ssenariyə hazırlaşır. Amma bu xüsusda digər tərəfin atacağı addımları da nəzərə almaq lazımdır. Şübhəsiz ki, Rusiya Ukraynaya hərbi yardımın artırılmasına müşahidəçi qalmayacaq və təminat, təchizat yollarını sıradan çıxarmağa çalışacaq. Bu sırada nüvə təhdidinin güclənməsini də nəzərə almaq lazımdır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, hərbi yardımların çatdırılması üçün müəyyən zaman tələb olunacaq və bu da döyüş əməliyyatlarının aparılması üçün əlverişsiz zaman kəsiyinə təsadüf edə bilər. Əgər oktyabrın sonları və noyabrın ilk yarısına qədər əməliyyatların dayandırılması və problemin həllinin masa üzərinə keçirilməsi mümkün olmazsa, müharibənin 2023-cü ildə də davam edəcəyi gözlənilir”.

STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hər şeyin Ukrayna xalqından asılı olduğunu söylədi: “Lend liz bildiyimiz kimi, II Dünya Müharibəsi dövründə ABŞ-ın öz müttəfiqlərinə hərbi yardım, qida və digər yardımları, o cümlədən onları metallurgiya xammalı və neftlə təmin etməklə bağlı müvafiq dövlət proqramı idi. Bu proqramın SSRİ-nin nasizm üzərində qələbə çalmasında nə qədər rolu olub-olmadığını burada mübahisə etməyək. Bu barədə mövqe ikitərəflidir. Xüsusilə ruspərəstlər bu yardımların böyük rolunun olmadığını, qarşı tərəf, qərbpərəstlər isə əksinə, qələbənin əsas amilinin məhz bu yardımlar olduğunu vurğulayır. Bircə bu rəqəmi qeyd etmək yetər ki, o dövrdə (1941-1945) ABŞ SSRİ-yə 11,3 milyard dollar (bu günkü valyuta məzənnəsinə çevriləndə 180 milyard dollardan çox) yardım etmişdi. Bu yardımların önəmli hissəsi qida məhsulları təşkil edirdi. Maraqlıdır ki, o dövrdə SSRİ-yə daxil olan amerikan konservalarının çatdığı yerləri ironik olaraq “ikinci cəbhə” adlandırırdılar, və bu cəbhədə mübarizəni/müharibəni davam etdirmək üçün qida təminatı ilə birgə mənəvi güc yetərli idi. O cümlədən, hesablamalara görə, SSRİ-nin müharibəyə qatılmazdan öncə hərbi sənaye istehsalı üçün dəmir-metallurgiya ehtiyatı yetərli deyildi, cəmi 6 ay üçün bəs edəcəyi ehtimal olunurdu. ABŞ-dan gələn yardımlar isə hərbi sənaye istehsalı maşınının davamlı şəkildə işləməsinə, müharibə sənayesi kompleksinin davamlılığının təmin olunmasına dəstək idi. İndi isə hadisələri 2022-ci ilə (9 may 2022-ci il tarixində ABŞ prezidenti tərəfindən imzalanmış və bugün qüvvəyə minmiş ABŞ-ın Ukrayna Demokratiyasını Müdafiəsi üçün Lend-Liz Aktına) proyeksiya edəndə anlaşılır ki, ABŞ Ukraynanın Rusiyanın işğal siyasəti qarşısında axıradək dirənməsi üçün hər cür yardımları, o cümlədən silah, qida, və digər təminatları yaratmaqda qərarlıdır. Müqayisə üçün qeyd edim ki, sadəcə 2021-ci ildə ABŞ-ın bütün xarici müttəfiqlərinə ümumi yardımı 51 milyard dollar idisə, 2022-ci ilin büdcəsində tək bir Ukraynaya 54 milyard dollar yardım ayrılmışdı. Bundan sonra Ukraynaya hərbi yardımların hüquqi proseduru asanlaşdırılır, Konqresin razılığı olmadan, Prezident tərəfindən birbaşa hərbi yardımla edilə biləcək. Bu, iki nəticəni doğurur: ABŞ Ukraynanın qələbəli sonadək mübarizə aparmasına hərbi dəstək verəcək. İkincisi, ABŞ Ukraynanı özünün təbii müttəfiqləri sırasında görür ki, bu da müharibə Qərb birliyinin qələbəsi ilə başa çatdıqdan sonra Ukraynanın NATO üzvlüyünə qəbul ediləcəyini özündə ehtiva edir. Bildiyimiz kimi, bu günlərdə Zelenski NATO-ya sürətləndirilmiş üzvlük sənədini imzalasa da, ABŞ və Avropanın yüksək qurumlarından hələ bunun vaxtı yetişmədiyini açıq şəkildə ifadə edilib. Həmçinin xüsusilə təhlükəli, yəni Rusiya müstəqilliyinə və suverenliyinə, o cümlədən ilhaq etdiyi ərazilərdəki suverenliyi nəzərdə tutulur, təhlükə törədəcək silahların verilməsi isə hələ ki, gündəmdə deyil, yəni F-16 qırıcıları, M1A2 Abrams və Patriot zenit-raket kompleksləri, və.s. veriləcəyi istisna edilir. Rusiya bu cür silahları Ukraynaya ötürən təminat yollarını və infrastrukturları (o cümlədən NATO ölkələri ərazisində) vuracağını və nüvə silahından istifadə edəcəyini bəyan edir. Bu isə, III Dünya Müharibəsinin başlanması demək olar. Nəticə olaraq, yeni lend-liz qanunu ilə Qərb, Ukraynanın sonadək mübarizə aparmasına hərbi silah və digər yardımlarını sadəcə artıraraq və sürətləndirərək ona mühüm dəstək verəcək, lakin özü Rusiyaya qarşı müharibədə iştirak etməyəcək. Qələbə Ukrayna xalqının mübarizə əzminə və güclü ruhuna bağlı qalır. Bu, həm də ukraynalıların öz dövlətçiliklərini qorumaq uğrunda tarixi sınağıdır”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi