“Al Jazeera”: “Azərbaycan minatəmizləməni maliyyələşdirməkdə əksər ölkələrdən daha yaxşıdır”

"Azərbaycan iqtisadi cəhətdən fəaliyyətləri maliyyələşdirmək üçün əksər ölkələrdən daha yaxşıdır, bununla belə iki il ərzində cəmi 514 kv.km ərazini minalardan təmizləyə bilib. Ümumiyyətlə, minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr buna ən az imkanı olan ölkələrdir, çünki əraziləri minalarla çirkləndirən münaqişələr həm də iqtisadiyyatları məhv edir".

Milli.Az "Report"a istinadən "Al Jazeera" nəşrinin minatəmizləmə ilə bağlı "Dünyanın mina probleminin yeni həllinə ehtiyacı var" məqaləsini təqdim edir:

"Ukraynanın şərqində müharibə başlayandan səkkiz il, Rusiyanın genişmiqyaslı hərbi təcavüzündən altı ay sonra Kiyev böyük minalanma problemi ilə üzləşib. Təxminən 160 000 kvadrat kilometr ərazisi minalarla çirklənmiş Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir. Müqayisə üçün, bu, İrlandiyanın, demək olar ki, ikiqat böyüklüyündə bir ərazidir.

ABŞ gələn il üçün Ukraynada mina əleyhinə fəaliyyət üçün 100 komandanı maliyyələşdirmək üçün 89 milyon dollar vəd edərək bu şeytani problemi həll etmək səylərinə rəhbərlik edib. Bu, müəyyən nəticələr verəcək konkret addımdır. Amma bu kifayət etməyəcək. Minalama cəmi 2, hər minanın çıxarılması isə 1 000 dollara başa gəlir.

Problemin miqyasını ölçmək üçün Cənubi Qafqazda Qarabağ bölgəsinə nəzər salaq. Həmin region 1990-cı illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında baş vermiş Birinci Qarabağ müharibəsindən sonra Yer kürəsinin ən sıx minalanmış ərazilərindən birinə çevrildi. 2020-ci ilin sonlarında baş verən qarşıdurma Azərbaycanın ilk münaqişədə itirdiyi əraziləri azad edərək minalanmış torpaqlara giriş imkanı yaratdı. Azərbaycan o vaxtdan işğaldan azad edilmiş əraziləri münaqişədən sonra yenidənqurma üçün təhlükəsiz hala gətirməyə başlayıb. Bu günədək 514 kv.km ərazi təmizlənib. Bu sahədə işləyənlər üçün bu, dərin təsirli səslənə bilər, lakin 11 270 kv.km hələ də yaşayış üçün yararsız olaraq qalır.

Minatəmizləmə ilə bağlı problemin xərcləri. Azərbaycan iqtisadi cəhətdən fəaliyyətləri maliyyələşdirmək üçün əksər ölkələrdən daha yaxşıdır, bununla belə iki il ərzində cəmi 514 kv.km ərazini təmizləyə bilib. Ümumiyyətlə, minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr buna ən az imkanı olan ölkələrdir, çünki əraziləri minalarla çirkləndirən münaqişələr həm də iqtisadiyyatları məhv edir. Maliyyələşdirməni təmin etmək üçün 2030-cu ilə qədər 17 qlobal məqsədlə yanaşı, minasız dünya Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çevrilməlidir.

Bu ideya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən bu ilin əvvəlində Bakıda təşkil olunmuş Ərazilərin Minalardan Təmizlənməsi üzrə Humanitar Konfransda irəli sürülüb və müzakirə olunub. Nə hazırkı beynəlxalq razılaşmalar, nə də milli proqramlar kifayət edir.

Minalardan təmizləmə monitorinqinin hesabatına əsasən, 2020-ci ildə dünya üzrə cəmi 153,4 kvadrat kilometr ərazi təmizlənib. O, həmçinin milli minatəmizləmə proqramlarının dörddə birindən azını "yaxşı" və ya "çox yaxşı" kimi qiymətləndirib; qalanları əhəmiyyətli irəliləyiş əldə etmək üçün çox az maliyyələşdirilib. Bu, Ukraynaya yaxşı heç nə vəd etmir.

Bununla belə, minalardan təmizləməyə DİM statusu verilsə, bəhrələri dərhal hiss olunacaq. Birincisi, bu təyinat qlobal səylərin koordinasiyasına kömək edəcək, beynəlxalq maliyyə mexanizmlərinə çıxışı təmin edəcək və maliyyələşdirilməmiş milli proqramların yükünü yüngülləşdirəcək.

İkincisi, DİM statusu minalardan təmizləmə üçün büdcələri, məsələn, təhsilin inkişafı proqramları ilə eyni sıraya qoyaraq bu maliyyələşdirməni məhdudlaşdırmağa kömək edəcək. Vəsaitlərin məhdud olduğu postmüharibə, postkoronavirus şəraitində bu, çox vacibdir.

Üçüncüsü, DİM tədqiqat və inkişaf üçün daha çox maliyyə cəlb edir, bunu biz təmiz enerji və dayanıqlı şəhərləri təşviq etmək səylərində gördük. Minatəmizləmə üçün sadəcə vəsait yatırmaq yetərli deyil: təmizləmə üçün hər vahidə (minaya - red.) düşən xərc azalmalıdır.

Bununla belə, minasız dünyanı DİM-ə çevirmək üçün bəlkə də ən güclü arqument ən sadədir: belə də olmalıdır. Minalarla çirklənmiş ərazilərdə davamlı inkişaf bir yana qalsın, inkişaf belə mümkün deyil.

2017-ci ildə Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi və BMTİP-nin birgə araşdırmasına əsasən, minalarla mübarizə BMT-nin mövcud DİM-dən 12-si ilə birbaşa əlaqəlidir, digər dördünü isə dolayı yolla dəstəkləyir. İkinci DİM-i götürək: aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təmin etmək. Minalar əkin sahələrinin böyük bir hissəsini əhatə etdiyi yerlərdə - Ukraynada olduğu kimi - ölkənin öz qidasını istehsal etmək qabiliyyətinə birbaşa təsir göstərir. Dördüncü DİM-i götürək: bərabər və inklüziv təhsili təmin etmək. Minalanmış ərazilər uşaqların məktəbə çatmasını xeyli çətinləşdirə bilər və hətta münaqişə zamanı təhsil müəssisələrinin özləri minalana bilər. Bu, istər-istəməz məktəbə qəbula və təhsilə çıxışa təsir göstərir.

Minalanmış torpaqlar yeni problem deyil. Ancaq yeni bir həll lazımdır. Onlardan azad bir dünya görmək istəyiriksə, onlara texniki və ya hərbi deyil, sosial inkişaf məsələsi kimi baxmalıyıq.

Əgər Ukraynada şahidi olduğumuz dəhşətin yaxşı tərəfinin olduğunu söyləmək olarsa, bu, dünyanın diqqətini münaqişə və postmünaqişə zonalarında minaların təmizlənməsi üzrə kritik səylərə yönəldib. Bu diqqəti DİM-ə çevirməyimizi təmin etmək üçün istifadə edilməlidir. Əvvəl-axır DİM-lərin hamısı bir-birinə bağlıdır. Geniş şəkildə dəstəklənən qlobal minatəmizləmə səyləri olmadan digər məqsədlərə nail olmaq üçün heç bir ümid yoxdur".

Milli.Az 


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi