Bu cinayətlər bütün dünyanı şoka salır:

Hindistan qadınları həyat yoldaşlarını daim əzizləyir, bəsləyir, bütün günü qulluğunda durur. Əgər kişi xəstələndisə, qadın oruc tutur. Ərlərini heç vaxt adları ilə çağırmırlar, düşünürlər ki, adın çəkilməsi onun ömrünü qısaldır. Gəzərkən qadın heç vaxt ərinin yanında getmir, həmişə bir qədər ondan arxada getməyi tərcih edir. Ərinə "Siz" deyə müraciət edir, hər gün ayaqlarını yuyur. Bütün bunlar romanlarda bəhs edilən böyük sevgidən deyil, dul qalmaq qorxusundandır. Dul qalanlara ölümü və matəmi tərənnüm edən ağ paltar geyindirirlər və "Ağ dul qadınlar" adlandırırlar.

Milli.Az Hindistanda dul qadınların başına gətirilən dəhşətlər və onların acı aqibətini dəyərli oxuculara təqdim edir:

Nikah institutu və patriarxal adətlər

"Ağ dul qadınlar" adətinin sıx gözlənildiyi ştatlarda ailədə qız övladı dünyaya gələrsə, dərhal ər axtarışını gözdən keçiməyə başlayırlar. 6-7 yaşlarında onları artıq ərə verərək, əlavə "yük"dən azad olmağı düşünürlər. Bu zaman qız üçün seçiləcək həyat yoldaşının yaşının neçə olmasının da bu toplum üçün fərqi yoxdur.

Qız uşağını ərə verən kimi, valideynlər rahat nəfəs alır və düşünürlər ki, ağır yükdən azad oldular. Nişanlılar əksər hallarda bir-birinin üzünü sırf toy günü görürlər. Valideynlər isə gəlirlərin birləşdirilməsi haqda əqd bağlayırlar və artıq qohum hesab olunurlar. Ərə verilən qız artıq ata-anasına məxsusiyyətini itirir, hətta valideynləri düşünür ki, "cəza olaraq göndərilən" qız övladından canları qurtardı. Çünki Hindistanda qadın olaraq doğuldunsa, bu o deməkdir ki, sən artıq lənətlənmiş birisən.

Nəhayət, Hindistan adətlərinə uyğun ailə həyatı öz işinə başlayır. Ər Allahdandır, ər taledir, qismətdir, qız ərini uşaqlıqdan gözləyir, yalnız onu sevməli, ona məxsus olmalıdır. Adət diqtə edir ki, ər hər şeydir - həyatın özüdür, yerdəki tanrıdır, qadını məhz o tamamlayır və ərsiz qadın şəxsiyyət deyil, ümumiyyətlə, heç kimdir.

"Ağ dul qadınlar" - kimdir onlar?"

Qurulan ailələrdə yaş fərqləri kifəyət qədər çox olduğu üçün və bu ölkədə tibbin əlçatmaz olduğuna görə adətən ər daha tez ölür. Bundan sonra qadın "Ağ dul qadın" adlandırılır və ömrünün sonuna qədər bu statusun ona yaşadacağı faciələri, dəhşətləri gözləyir.

İlk olaraq dul qalan qadının saçları qısa kəsilir və məcbur edilir ki, ağ rəngdə "sari" adlanan paltar geyinsin. Bundan sonra, hətta qışda belə ona başqa paltar geyinmək yasaqdır. Hindistan qadınlarının çox xoşladığı bər-bəzək aksesuarlar taxılması da həmçinin qadağan edilir, eyni zamanda əylənmək, mahnı oxumaq, ictimai gəzintilərdə, məclislərdə iştirak etmək, ümumiyyətlə, sevinc nümayiş etdirmək yasaqlanır.

Ona bir boşqabdan artıq düyü (adətən duzsuz) yemək olmaz, şirniyyat isə qəti qadağandır. Onun hətta kölgəsi belə bədbəxtlik gətirən amil kimi qiymətləndirilir və əgər övladları onu evdən qovmurlarsa, bu böyük lütfkarlıq hesab olunur, bu zaman övladlarına dərin minnətdarlıq duyurlar. Amma çox hallarda bu lütfkarlıq baş vermir və onlar küçələrdə yatmağa məcbur olurlar, dilənməklə günlərini keçirirlər.

"Sati" ayini

19-cu əsrə qədər Hindistanın bir sıra ştatlarında "Sati" ayini geniş vüsət almışdı: ər öldüyü zaman onun yandırılacağı tonqalda qadın da yandırılırdı - bəli, diri-diri. Bu ayində onlara yaxın qohumlar "kömək" edirdilər - tonqalın yanında əlində dəyənəklə dururdular ki, əgər qadın özü odun içinə tullanmağa cürət etməyib qaçmağa can atarsa, onu tonqala doğru itələsinlər.

Bu amansız ayin rəsmi olaraq yalnız 1987-ci ildə ləğv olundu. Cəmi 35 il öncə, müqayisə üçün - qərb insanı bu zaman kompüterlə əlləşirdi. Günümüzdə isə qərarın rəsmi ləğvinə baxmayaraq, statistikaya görə, Hindistanda onlarla "sati" həyata keçirilir. Çox vaxt qadınlar özləri buna könüllü razılaşırlar, çünki yaşanacaq dul həyat təbii ki cəhənnəmin özüdür. Düşünülür ki, ərin vəfat etməsi qadının günahlarına görədir, ona görə də, o, bunun ağır bədəlini ömür boyu ödəməlidir.

Vrindavan - Müqəddəs şəhər - dul qadınlar şəhəri

Bir çox qadın dul qaldığı zaman, qaçıb müqəddəs sayılan Vrindavan şəhərinə sığınır. Onlara orada nisbətən loyal münasibət göstərilir və bu şəhərdə ailələrindən qovulmuş dul qadınlar üçün bir sıra yataqxanalar fəaliyyət göstərir. Burada qadınlar könüllülərdən yardım alır, əl tikişi ilə məşğul olur, öz tanrıları ilə danışmaq və ibadət etmək imkanı əldə edirlər. "Aşmar" adlı bu yataqxanaların yerləşdiyi şəhərin sakinləri bəzən Hindistanı dövr edərək, küçəyə atılmış bu qadınları öz çətirləri altına alır, yemək verir, "Aşmar"a gətirir, paltarla təmin edir və xoş sözlər deyərək, onları gülümsəməklərinə məcbur edirlər - bunu onlar unutmuş vəziyyətdədirlər.

Vrindavan Hindistanda bu qəbildən yeganə şəhər deyil, bir neçə şəhər cəmiyyətdən təcrid olunmuş dullara himayədarlıq etməyə çalışır. Lakin "Aşmar" kimi yataqxanalarla və digər yaxşı şəraitlərlə məhz Vrindavan məşhurdur.

Ölkədə müxtəlif QHT-lər fəaliyyət göstərir ki, bu amansız adət-ənənəyə son qoyulsun, dul qalmış qadınların hüquqları tanınsın, bərabərləşsin. Lakin geniş təbliğat üçün onlar yetərli deyil.

Gün kimi aydındır ki, xarici dildə təhsil dünyanı oxumağa, qabaqcıl ölkələrdən öyrənməyə, sırf daha bol məlumat, material əldə etməyə açılan qapıdır. Təhsili zəif olan, öz adət-ənənələrinə qapanan ölkələrlə müəyyən paralellər aparmağa çalışdıq.

Bu gün, yəni XXI əsrdə bu balaca planetin bir tərəfində zukerberqlər, qeytslər, milyonlarla qalaktika tapan NASA, digər tərəfində dul qadınların başına açılan faciələr. Bu mövzuda çox danışmaq olar, amma bütün bu müzakirələrin başında yeganə qüdrətli söz dayanacaq - TƏHSİL.

Zaur Həsənəliyev
Milli.Az


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi