Deputatlar şəhidlərin adının əbədiləşdirilməsi üçün çağırış etdilər

Parlamentin payız sessiyası başladı; “Gömrük tarifi haqqında” qanuna, Cinayət Məcəlləsinə dəyişikliklər edildi

Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başladı. Dövlət himninin oxunmasından sonra spiker Sahibə Qafarova payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, uğurlar arzuladı.

Daha sonra spiker sentyabrın 13-də Ermənistan ordusunun cəbhə xəttində törətdiyi genişmiqyaslı hərbi təxribatlarından bəhs etdi. Bildirdi ki, Ermənistanın bu davranışları sülh prosesinin pozulmasına xidmət edir. Düşmən təxribatlarının qarşısının alınması zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi spikerin təklifi ilə sayğı duruşu ilə anıldı.

Ardınca S.Qafarova 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasından bəhs etdi.

İlk olaraq Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirə olundu və qəbul edildi.

İclasda Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı qəbul edildi. Bəyanatı deputat Soltan Məmmədov deputatlara təqdim etdi. Sənəddə bildirilir ki, 2020-ci ilin 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın müddəaları Ermənistanın günahı ucbatından tam yerinə yetirilməyib. Bəyanatda Azərbaycanın Ermənistan qarşısında irəli sürdüyü şərtlərdən də bəhs olunub. Bildirilib ki, bütün maneələrə baxmayaraq, Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru inkişaf etdirəcək, bölgənin sakinləri onlar üçün tikiləcək evlərə qayıdıb, rahat həyat yaşayacaqlar.

Milli Məclisdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə komitə sədri Musa Quliyev məlumat verdi.

Dəyişikliklərə əsasən, şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılacaq. Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

Deputat Razi Nurullayev çıxışında "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişiklik təklif etdi: “Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarından sonra şəhid adlarının əbədiləşdirilməsinə məhdudiyyət qoyulub. Başa düşürəm ki, ağrılı və çətin məsələdir. Amma şəhid ana və atalarının ən çox qaldırdığı və narazı qaldığı məsələdir”.

Deputat əlavə edib ki, hər bir rayonda, şəhərdə və kənddə xeyli adsız və ya adı məna kəsb etməyən küçələr var: “Amma yerli icra orqanları bunu edə bilmir. Səbəb Nazirlər kabinetinin dediyim qərarıdır. Məsələnin həlli üçün Nazirlər Kabinetinin 25 avqust 1999-cu il qərarına və ”Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın. Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilə bilər. İcra hakimiyyətlərini hər bir məsələdə bu qədər mərkəzə tabe etmək fayda vermir. Qoy özləri qərar versin. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq mərkəzi hakimiyyətin yükünü xeyli azaltmış olar".

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirdi ki, bəzi şəhidlərimiz vaxtilə ailə qurublar, amma rəsmi nikahda olmayıblar, bu da hazırda bəzi anlaşılmazlıqlara səbəb olub. Deputat qeyri-rəsmi nikahda olan şəhidlərin həyat yoldaşının da şəhid ailəsi kimi tanınmalı olduğunu söylədi: “Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir. O körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq. Şəhid xanımı dedi ki, o tək deyil. Bir neçə şəhid ailəsi haqqında belə problem mövcuddur. Mən xahiş edirəm, buna baxılmasına çalışaq”.

Digər deputatlar da şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı təkliflərini səsləndirdilər. Yerdən qanun layihəsinin səsə qoyulması çağırışının qarşılığında “həssas məsələdir, danışmaq istəyənlər var”, deyərək məsələyə həssas münasibətini ifadə edən spiker Sahibə Qafarova deputatlara fikirlərini səsləndirmək üçün geniş imkan yaratdı.

Deputat Etibar Əliyev dedi ki, onun təmsil olunduğu Suraxanı rayonunun onlarla şəhidi var, amma onların adları əbədiləşdirilməyib. E.Əliyev rayonda yerləşən məktəb və uşaq bağçalarına, küçələrə şəhidlərin adlarının verilməsini təklif etdi: “Suraxanı rayonundakı küçələrin bəzilərinin adlarına baxın: ”Vağzal", “Köndələn”, “Zeytun sovxozu”, “9-cu döngə” və s. Bu küçələrə niyə şəhidlərimizin adı verilməsin?"

Deputat Sabir Rüstəmxanlı şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı şəhid ailələrindən müraciətlər aldığını bildirdi, bu, həssas məsələ ilə bağlı addımlar atılmasını vacib hesab etdi.

Komitə sədri Səməd Seyidov dedi ki, şəhidlərin adının əbədiləşdirilməsi daha operativ şəkildə həyata keçirilməlidir və bununla bağlı yüksək səviyyədə göstərişə, qərar ehtiyac olmamalıdır.

Deputat Jalə Əliyeva dedi ki, Milli Qəhrəman adını almış şəhidlərimizin adlarının əbədiləşdirilməsi, digərlərininsə adının əbədiləşdirilməməsi məqsədəuyğun deyil. Deputat həmçinin şəhidlərin adının küçələrə verilməsi zamanı tanıtım lövhələrində sadəcə ad-soyadın qeyd olunmasını da düzgün saymadı, qarşısına “şəhid” sözünün əlavə edilməsini zəruri saydı.

Deputat Məlahət İbrahimqızı bildirdi ki, bəzi ölkələrdə analar müharibələrə etiraz edirlər. Amma bizim analarımız Ali Baş Komandanın “irəli” komandası ətrafında sıx birləşdilər, fədakarlıq etdilər. Odur ki, biz şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində addımlar atılmalıdır.

M.İbrahimqızı da təmsil olunduğu Nəsimi rayonundan olan şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülməli işlərin olduğunu bildirdi.

Deputat Musa Qasımlı bildirdi ki, şəhid valideynlərinin ən çox müraciətləri şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlıdır.

Deputat Aqil Abbas dəyişikliklər barədə danışarkən şəhid Səbuhi Əhmədovdan, onun qardaşından danışdı. “Səbuhinin tək qardaşı qalıb, nə ata var. Qardaşına deyirlər ki, sənə şəhid ailəsi statusu düşmür. Bunun var-yox bir qardaşı var. Nə qanundur bu? Necə yəni şəhid statusu düşmür? Deyirlər ki, qanun yol vermir. Qanunun böyründən keçmək də olar, bir nəfər üçün. Səbuhinin qardaşına bir otaqlı ev təklif ediblər, deyirlər qanun sənə iki otaq verməyə imkan vermir. Bu, şəhidin yeganə varisidir. Ona iki otaq vermək böyük bir işdirmi? Hansısa mətbuat çıxarıb ki, guya mən demişəm dövlətin bir otaqlıya gücü çatıb, onu verib. Deputatları söydürmək üçün trol sürüsü bunu ortaya atıb”.

A.Abbas spikerə müraciət etdi: “Sizdən xahiş edirəm, parlament sədri kimi müraciət edin, diqqəti artırsınlar, qardaşına şəhid statusu versinlər, ikiotaqlı ev versinlər”.

Deputat qazi adı altında spekulyasiyalara yol verilməsi barədə səslənən fikrə də reaksiya verdi: “Bir qazi iki ildən sonra gedib qapı sındırdı, dərhal onun şikayətinə baxıldı. Ola bilməzdimi ki, o qapı qırmadan həll olunaydı?”

A.Abbas dedi ki, adətən, icra başçılarına müraciət edilir, amma başçıların maliyyə imkanları yoxdur hər kəsə kömək etsin: “Deputatlardan da çox icra başçıları söyülür”.

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də birinci oxunuşda müzakirəyə təqdim olundu.

Layihəyə əsasən, Azərbaycanda qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullu ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçürülməsini təşkil etmiş fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusilə külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihəyə əsasən, eyni əməllər vəzifəli şəxslər öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və ya külli miqdarda, yəni 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yuxarıda nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı məbləğdə törədildikdə isə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Deputat Kamal Cəfərov bildirdi ki, qanunvericikdə Azərbaycana edilmiş tövsiyəyə əsasən, çirkli pullarla mübarizə qaydalarının əksini tapması nəzərdə tutulur. O dedi ki, bəzən layihə ilə bağlı yanlış məlumatlar yayılır. K.Cəfərovun sözlərinə görə, insanlar nə qədər istəsə, Azərbaycandan, yaxud da Azərbaycana pul köçürə bilər. Amma qanunvericiliyin tələblərinə əməl olunmalıdır.

Deputat Fəzail Ağamalı Milli Məclisin iclasında çıxış edərək əhalinin gündəlik həyatına təsir edən vacib mövzulardan birinə diqqət çəkdi. O, ərzaq məhdullarına tətbiq edilən ƏDV-nin aşağı salınmasını təklif etdi. Bildirdi ki, ərzaq məhsullarına pərakəndə satış müəssisələrində tətbiq olunan 18 faizlik ƏDV çoxdur və bu rəqəm aşağı salınmalıdır. Bundan əlavə, Azərbaycanda istehsal olunmayan qida məhsullarının idxalına ƏDV tətbiqinə son verilməsini də zəruri saydı. 

Spiker “sağ olun, Fəzail müəllim, təkliflərinizi komitə sədri və üzvləri eşitdi”, - deyə çıxışa reaksiya verdi.

 “Gömrük tarifi haqqında” qanuna da dəyişiklik edildi. Bu dəyişikliklə təhsil fəaliyyəti ilə bağlı bir sıra vasitələr gömrük rüsumundan azad edilir. Layihədə təhsil fəaliyyəti ilə bağlı idxal edilən bir sıra avadanlıqların, cihazların, qurğuların və digər vasitələrin gömrük rüsumundan azad edilməsi nəzərdə tutulub. Gömrük rüsumlarından azad edilən avadanlığın, cihazların, qurğuların və təhsil fəaliyyəti ilə bağlı olan digər vasitələrin siyahısı müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək. Qanuna təklif olunan dəyişikliklər 2023-cü il yanvarın 1-də qüvvəyə minəcək və 2 il ərzində tətbiq olunacaq. Dəyişikliklər ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, bu müəssisələrdə təhsil alanların daha keyfiyyətli praktiki biliklər əldə etməsinə, bütövlükdə təhsilin mühüm pilləsi olan ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olundu.

İclasda digər qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi