Ermənistan hücuma hazırlaşdığını ELAN ETDİ -

Ermənistan sərhəddə yenidən təxribatlar törətməklə növbəti sifarişi icra edir. Amma bu dəfəki sifariş şimal qonşumuzdan yox, bir qədər Qərbdən, uzağa getsək okeanın o tayından da gəldiyini deyə bilərik. Proseslərin bu cür inkişafı İrəvanın Moskvadan qurtulmaq üçün bütün variantları nəzərdən keçirməyə başladığından xəbər verir.  

Ermənistanın yenidən Azərbaycanla sərhəddə azğınlaşması da istisna edilmir ki, Ermənistan mövqelər ələ keçirmək, sərhəddə hərbi balansı müəyyən qədər də olsa dəyişmək və Qərbin təşkil etməyə çalışdığı danışıqlarda əlini gücləndirmək niyyətindədir. Təxribatın indi - ABŞ və Fransanın sərhəd üzərindən müzakirələr apardığı vaxt baş verməsi də məhz bu iddiaları gücləndirir.

Aydın görünür ki, İrəvan Azərbaycan ordusunun sərhəddə əvvəlki mövqelərə qaytarılması üçün ABŞ-dan, Qərbdən yardım alacağına böyük ümid bəsləyir. Görünür, artıq bununla bağlı Paşinyana və komandasına istər Parisdə, istər İrəvanda, istərsə də Vaşinqtonda müəyyən vədlər də verilib. Ermənistan baş nazirinin, XİN rəhbərinin, Təhlükəsizlik Şurasının sədrinin və eləcə də digər erməni diplomatların və siyasət adamlarının son açıqlamalarında arxayın, özünə inamlı və revanş xarakterli bəyanatlar səsləndirmələri deyilənlərin həqiqət olduğu barədə iddiaları artırır.

Beləcə, Ermənistanın son günlər sərhəddə xeyli fəallaşmasının əsl səbəbi növbəti dəfə məlum olur. Bununla rəsmi İrəvan vəziyyəti gərginləşdirərək Azərbaycanla sülhün mümkünsüz olduğu mənzərəsini yaradaraq beynəlxalq gücləri bölgəyə gətirmək üçün əlindən gələni etməyə davam edir. Bu məsələdə Ermənistanın ən böyük dəstəkçisi də elə ilk növbədə ABŞ və Fransadır. 

Ermənistanın xüsusilə son günlər sərhəd istiqamətində silahlanmasını əks etdirən faktlar - Hindistandan alınan 270 milyon dollarlıq hərbi silah-sursat, raket kompleksləri onsuz da bu ölkənin ritorikasından əl çəkmək fikrində olmadığını, növbəti müharibə üçün ciddi hazırlıq gördüyünü düşünməyə əsas yaradırdı. Artıq bunu rəsmi olaraq Ermənistan tərəfi təsdiqləmiş də oldu.

Hətta Ermənistan 2023-cü ildə müdafiə büdcəsini 47% artıraraq 1 milyard dollara çatdıracağı ilə bağlı xəbərlər deyilənləri daha da təsdiqləmiş oldu. 

Belə bir məqamda Ermənistan baş naziri silahlanmaq üçün 44 günlük müharibədəki taktikasına yenidən sadiqlik nümayiş etdirir: yenə ağlaşma, yenə hay-şivən ...

Ermənistanın baş naziri Nikol Paşinyanın "Bəzi ölkələr, o cümlədən Ermənistanın müttəfiqləri öncədən sifariş verilmiş yüz milyonlarla dollar dəyərində silah-sursatı tədarük etməkdən imtina ediblər" açıqlaması isə çox güman ki, daha çox Rusiyayla yanaşı eyni zamanda müharibə vaxtı Ermənistana müxtəlif çaplı silahlar satan Serbiya ilə Azərbaycan arasında postkonflikt mərhələsində diplomatik əlaqələrin yüksək səviyyəyə çatdırılmasının ardından rəsmi Belqradın İrəvanla hərbi əməkdaşlıq məsələsinə yenidən baxması məsələsindən irəli gələn narahatçılığı da hesab edilə bilər.

Amma Paşinyanın bu açıqlamasının əsl səbəbi nə Ukrayna ilə müharibədə özü silah çatışmazlığı ilə üz-üzə qalan Moskvanın hərbi sənayesini cəbhəyə yönləndirməsinə görədir, nə də Serbiyanın hərbi sənaye bazarında bəzi müştərilərə (Ermənistana) yenidən gözgəzdirməsi məsələsi ilə bağlıdır. Çox güman ki, Nikol belə bir açıqlama etməklə ilk növbədə beynəlxalq güclərin qarşısında özlərini aciz, köməksiz, gücsüz vəziyyətdə göstərərək hərbi sənayesinə Qərbdən və Amerikadan müxtəlif texnikaların, silah-sursatın axını üçün zəmin hazırlamaq məqsədi güdür. 

O da şübhə edilmir ki, Paşinyanın bu açıqlamasının ssenarisi də məhz Qərbdən olan diplomatlarla məsləhətləşdirildikdən sonra ortaya çıxdı. Belə görünür ki, Paşinyana havadarlarının dəstəyi ilə belə bir hərbi yardım üçün əsas yaradılması izah edilib. 

Təbii ki, bütün bunlar heç də Ermənistanın qara qaşına, qara gözünə aşiq olduqları üçün edilmir. Burada Qərbin və Amerikanın, eləcə də Hindistan, Yunanıstan və İranın öz maraqları əsas rol oynayır. Bunu təsdiq edəcək növbəti faktı elə "Vətəndaş müqaviləsi" partiyasının üzvü Qaqik Melkonyan açıqlayıb. O bildirib ki, Vaşinqton silah müqabilində Ermənistana KTMT-dən çıxmağı təklif edib:

"KTMT-dən çıxsaq, ABŞ bizə silah satacaq. Bu, onların ilkin şərtidir, bəli, KTMT-dən çıxmağımızı istəyirlər".

Artıq "Vətəndaş Müqaviləsi" fraksiyasında Ermənistanın KTMT-dən çıxması və ya üzvlüyünün dayandırılması ilə bağlı müzakirələrin başlaması isə Qərbin və ABŞ-ın Ermənistan qarşısında son şərti deyil.

Ermənistanın son günlər sıx şəkildə Fransa və Amerika ilə gizli danışıqlarının pərdəarxası üzə çıxmaqdadır. Hakimiyyətə gəldiyi ilk gündən Kremlin orbitindən çıxmağı hədəflədiyi aydın görünən Nikol Paşinyanın sərhədə beynəlxalq sülhməramlı yerləşdirilməklə bağlı istəyi havadarları tərəfindən artıq dəstək qazanır. Artıq ilk olaraq Fransanın Ermənistandakı səfiri bildirib ki, bununla bağlı digər ölkələrlə də artıq danışıqlar aparılır. Bu o deməkdir ki, Fransa artıq öz ordusu ilə belə bir missiyanı icra etməkdə olduqca maraqlıdır. Belə bir bəyanatla ermənipərəst amerikalı konqresmenlərin də Co Baydenə müraciətinin olacağı istisna edilə bilməz. 

Bu o deməkdir ki, Rusiyanın Gümrüdəki hərbi bazası (Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur - red) ləğv edilməlidir. Çünki Rusiya heç vaxt Ermənistanda hərbi bazası olduğu halda ora ikinci, üçüncü bir qüvvənin ordusunun yeridilməsinə razı ola bilməz. Moskva da çox yaxşı anlayır ki, o beynəlxalq ordunun Ermənistana yerləşdirilməsinin ən başlıca səbəblərindən biri elə məhz Rusiyadır. Bunun üçün də Ermənistanın kəndiri boynuna keçirdiyini deyə bilərik.

Rəsmi İrəvan bölgədə sülhə təhdid olduğunu zatən Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla dəfələrlə təsdiq edir və etməkdədir. İndi isə Cənubi Qafqazı hərbi poliqona çevirmək niyyətini gizlətməyən Ermənistan bununla da həm Ukrayna cəbhəsində çətin vəziyyətə düşən Rusiyaya qalxmaması üçün son badalağı vurmağı düşünür, həm də Türkiyə və Azərbaycana qarşı revanş istəyini, ərazi iddiasından əl çəkməyəcəyini açıq-aydın bəyan edir. 

"Əgər türklərin qarşısına savaşacaqları bir düşmən qoymasan, düşmənlərini özləri seçər" - bunu mən yox, hələ təxminən 10 əsr bundan əvvəl Roma kral sarayının başbilənlərindən biri deyib. İndi ermənilərin 100 illər öncə Türk Dünyasının ortasına bir xərçəng şişi kimi nə üçün gətirib yerləşdirildiyi məncə daha çox aydın oldu.

Amma Ermənistanın planları heç də arzuladığı şəkildə yekunlaşmayacaq. Moskvadan gələn son rəsmi bəyanatlar da deməyə əsas verir ki, Rusiya bölgəyə başqa dövlətlərin hərbi birliklərinin daxil olmasına heç bir vəchlə imkan verməyəcək. Gümrüdəki Rusiya hərbi bazasının Ermənistandan çıxarılması üçün isə Ermənistanın nə isyasi iradəsi, nə də hərbi potensialı var, Kreml qarşısındakı siyasi "nüfuzundan" isə heç danışmaq istəmirəm.

Mariya Zaxarova ötən gün keçirdiyi brifinq zamanı bildirib ki, İrəvanın KTMT-ni tənqidi faydalı bir iş deyil və nəticəyə heç bir təsiri yoxdur. Rusiya XİN-i hətta bəzi ölkələrin İrəvanla Bakı arasında dialoqda vasitəçilik etmək cəhdlərinə münasibət bildirib: 

"Bu cür oyunçular bütün postsovet məkanında vəziyyəti sabitsizləşdirməyə çalışırlar. Bu son dərəcə təhlükəli və dağıdıcı xəttdir".

Zaxarovanın sözündən də anlaşılır ki, Rusiya Ermənistanın Qərblə qurduğu planların əsl məqsədindən xəbərdardır. Lakin Rusiya forpostu olan, uzun illər havadarlıq etdiyi Ermənistana belə asanlıqla "yiyə dəyişmək" kimi səlahiyyət vermək niyyətində deyil. Moskva yaxşı anlayır ki, Ermənistanın Qərb və ABŞ-la gizli sövdələşməyə getdiyi bu oyunla Rusiyanın regiondakı fəaliyyətini də neytrallaşdırmaq, manevr imkanını məhdudlaşdıraraq Kremlə ağır zərbə vurmağa yardım etməyə çalışır. Bunu bilən Moskvanın İrəvandan hesabı çox ağır ola bilər. Ermənistan isə Ukrayna deyil ki, Rusiya qarşısında bir neçə saatdan artıq tab gətirə bilsin.

Bir qədər konkretləşdirsək, ABŞ prezidenti Baydenin, daha sonra Nensi Pelosinin səsləndirdiyi sərsəm bəyanatlarda eyni zamanda Fransa dövlətinin sərgilədiyi qeyri - adekvat mövqe, Paşinyanın Makronla görüşdən sonrakı davranışları deməyə əsas verir ki, regionda savaş abu-havası hər gün daha da artır.

Ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyanın Qeqarkunik rayonunun Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşü zamanı səslədirdiyi fikirlər rəsmi İrəvanın yeni müharibə hazırlığına başladığını təsdiq edir. O deyib ki, "Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret sərəncam var". Arakelin sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir: "Biz məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyik".

Bu fakt bir daha sübut edir ki, Ermənistan Azərbaycan Ordusunu sərhəddə 12-13 sentyabr hərbi toqquşmalarından əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır. Bunu baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan jurnalistlərin "hansı cavab addımları atılacaq" sualını cavablandırarkən, rəsmi şəkildə açıqlayıb. Arakel Martikyan "Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur" deməklə əslində daxili ictimai rəyi bu istiqamətə yönəldərək narazılıqları səngitmək məqsədi güdsə də, Azərbaycana hücum edəcəklərini açıq bəyan etməsinin böyük risk olduğunu nəzərə alsaq, demək ki, İrəvan ona verilən yeni vədlərə heç vaxt olmadığı qədər arxayındır. 

Təhməz Əsədov
Milli.Az


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi