İdeologiyası qalib olan partiya- Samir Əsədlinin yazısı

90-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağır dövrü – müharibə və daxili çəkişmələrin hökm sürdüyü bir zaman idi. Siyasi mübarizə adına şəxsi maraqlar önə çəkilir, gücümüz düşmənlə mübarizədən çox daxili münaqişələrə sərf olunurdu. Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərinin təşəbbüsü ilə təsis edilən Vətəndaş Həmrəyliyi Partiyası belə bir mürəkkəb siyasi situasiyada yaranıb. Daxili və xarici təhdidlər qarşısında dövlətin varlığının belə sual altında qaldığı bir vaxtda yaradılan partiya çoxu üçün siyasi səhnənin ötəri iştirakçısı təsiri bağışlayırdı, lakin zaman əksini sübut etdi. Azərbaycan dövlətçiliyinin ağır anlarında, dövlətimizin və millətimizin parçalanma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda vətəndaş həmrəyliyi ideyası nicat yolu kimi göstərilib. Hazırda bütün siyasi qüvvələr, bölgəmizdə baş verən prosesləri nəzərə alaraq, ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar. Bu, VHP ideologiyasının nə qədər vacib və strateji baxımdan əhəmiyyətli olduğunun göstəricisidir.

 VHP 30 illik siyasi fəaliyyətində tədrici inkişafın, siyasi mübarizənin sivil qaydada aparılmasının tərəfdarı kimi çıxış edib. Partiyanın yarandığı zaman irəli sürdüyü “Nicatımız Vətəndaş Həmrəyliyindədir” şüarı bu gün də Azərbaycan siyasi mühitində ana xətt kimi qalmaqdadır. O zaman VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər bu illər ərzində böyüyərək ictimai şüurda əsaslı yer tutub.

 Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı dövrün siyasi təhlili və çağdaş siyasi mühit bir daha təsdiq edir ki, Azərbaycan üçün gerçək xilas yolu vətəndaş həmrəyliyinə bağlıdır. Vətəndaş həmrəyliyi dedikdə siyasi və ideoloji baxışlardakı fərqlər nəzərə alınmadan bütün qüvvələrin Azərbaycanın milli və dövlətçilik maraqları ətrafında birləşməsi nəzərdə tutulur ki, VHP 30 illik fəaliyyətində bu prinsipi qoruyub saxladı. Yanlış yürüdülən siyasi xəttə qarşı bütün müxalif birliklərdə ön sırada olan partiyamız, düzgün və ölkənin inkişafına yönələn addımları açıq dəstəkləyən mövqe ortaya qoyub. Bəzən bu siyasət qeyri-stabil kurs kimi yanlış yozumla təqdim edilsə də zaman milli maraqlara və qurtuluşa yönələn ideologiyanın məhz bu olduğunu təsdiqlədi. Zəfər savaşı dönəmində ən radikal mövqe sahiblərinin belə bu prinsipi qəbul etdiyinin şahidiyik.

1992-ci ildə ortaya atılan vətəndaş həmrəyliyi ideyası həm də milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ölkənin mənafeyi tələb etdikdə bir cəbhədə olmasını diktə edir. Partiyanın yaranmasından bir il sonra müxtəlif xarici ölkələrin separatçılıq dəstəyi ilə ölkəni parçalamaq cəhdləri də bu həqiqəti ortaya qoydu. Məhz milli birlik prinsipini əsas tutmağın nəticəsidir ki, bu gün VHP-də ölkədə yaşayan bütün xalqların və dini icmaların nümayəndələri təmsil olunurlar. Bu statistik göstərici ilə, VHP ölkənin bütün partiyaları ilə rəqabət apara bilər.

Bütün bunlar onu göstərir ki, VHP “Vətəndaş Həmrəyliyi” ideyasını yalnız şüar olaraq bəyan etməmiş və 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu tutur. İdeologiyasına, siyasi kursuna dönmədən əməl etməsi partiyanın uğurlarının əsas səbəbinə çevrilib. VHP nəzərdə tutduğumuz bir çox hədəfə çata bilməsə də, bu illər ərzində Azərbaycanın siyasi həyatında öz sözü olan, siyasi mübarizə mədəniyyəti, dəyişilməz milli mövqeyi ilə seçilən bir partiyaya çevrilib. Müstəqillik illərində keçirilən bütün seçkilərdə iştirak edib və hər zaman xalqın etimadını qazanıb. Yarandığı ildən parlamentdə təmsil olunan VHP hazırda Milli Məclisdə ikinci ən çox təmsilçiliyə malik partiyadır. Bütün dövrlərdə bələdiyyələrdə təmsil olunub. Bu gün partiyanın 82 bölgə təşkilatında 17 milləti təmsil edən 20 minə yaxın Azərbaycan vətəndaşı birləşib.

Azərbaycan tarixi ərazilərində dövlət qurulması, vətəndaşlarımızın sosial və konstitusion hüquqlarının qorunması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik cəmiyyətin təşəkkülü VHP-nin əsas hədəfi olaraq qalır. Bu gün Azərbaycan siyasi-ideoloji sistemində VHP prinsipləri qırmızı xətlə keçir: biz yox – millətimiz, bizim sözümüz yox – xalqın sözü, böhtan yox – həqiqət, kin-küdurət yox – sevgi, siyasi oyunbazlıq yox – siyasi əxlaq...

VHP bu illər ərzində bir çox müxalif siyasi bloklarda təmsil olunub, hətta bəzilərinin yaradılmasının təşəbbüskarı olub. Amma bu qurumların ömrü uzun çəkməyib. Bəziləri öz missiyasını yerinə yetirdikdən sonra sıradan çıxıb, bəzi­ləri kənar təsirlər və ya daxili çəkişmələr nəticəsində dağılıb. Biz hər zaman öz partiyamızın adının doğurduğu məntiq daxilində və nizamnaməyə uyğun fəaliyyət göstəririk. Vətəndaş Həmrəyliyi ideyasına harada tələb varsa, biz həmin yerdəyik.

VHP Azərbaycanın bütün müxalif partiyaları ilə sıx əməkdaşlıq edir. Parlamentdə iqtidar və iqtidaryönlü partiyalarla dialoq şəraitində müzakirələrə qatılır. Partiya fəaliyyətində hər zaman öz prinsiplərinə sadiqdir.

İlk qurultayında VHP öz yaranma şəraiti və məqsədlərini aydın ifadə etmişdi: “Biz Azərbaycanda hansı dövləti qururuq? Azad, demokratik Azərbaycanın siyasi platforması necə olacaq? XXI əsr Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında inkişaf edəcək? Bu məsələlərdə aydınlıq yoxdur…”

VHP hesab edir ki, Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Dövlət orqanlarının bütün istiqamətləri – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır.

“Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!” həqiqətini hər kəs anlamalıdır.

Dünyanın ən yaxşı qanunu ölkədə yaşayan bütün vətəndaşların xoşbəxtliyinə nail olandır. Ən ali icra qanunları əməldə hamı üçün bərabərlikdir. Ən güclü hakim ədalətdir. Azərbaycanın suverenliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi, dünyəvi, demokratik dövlətin bərqərar olmasının ilkin şərti dövlət quruculuğunun bütün istiqamətlərində qanunların aliliyini, ədalət prinsipini, insanların hüquq və azadlıqlarını təmin etməkdir.

Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə VHP-nin fəaliyyət məramnaməsinin əsas istiqamətidir. Dövlət orqanlarının bütün strukturlarında avtoritarizmə, monopoliyaya, tayfabazlığa, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı barışmaz mübarizə bizim mövqeyimizdir. Haqqı mənimsənilənlə başqasının haqqını mənimsəyən birləşə bilməz. Yalnız ədalətli qanunlar və onun hər bir insan üçün tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir.

Azərbaycanın siyasi leksikonuna “vətəndaş həmrəyliyi” ifadəsini biz gətirmişik. 30 il əvvəl ölkənin düşdüyü ağır müharibə şəraiti, separatizmin, bölücülüyün, tayfabazlığın, hakimiyyət uğrunda mübarizənin kulminasiya həddinə çatması, üstümüzə neçə tərəfdən dişlərin qıcanması nəzərə alınanda, milli birliyin zamanın öz diktəsi və xalqın xilas yolu olduğu təsdiq edildi.

Vətəndaş Həmrəyliyi Partiyası humanist ideyalara, ümumbəşəri prinsiplərə və milli-dəyərlərə əsaslanan məramnaməsini bəyan etməklə, bu prinsipləri qəbul edən hər bir insanı azad, demokratik vətəndaş cəmiyyətinin quruculuğu uğrunda bərabərhüquqlu əməkdaşlığa və birgə fəaliyyətə çağırır.

VHP arxada qalan 30 illik tarixə qürur və iftixarla baxa bilər. Partiya yaranarkən elan olunan hədəflərin bir çoxları artıq siyasi mühitdə qəbul olunub. Bu gün vətəndaş həmrəyliyi ideologiya olaraq dövlətin əsas prinsipləri sırasındadır. Bu mənada əminliklə deyə bilərik ki, VHP 30 illik yubileyini tam mənada ideoloji qalib partiya kimi qeyd edir.

VHP – zəhmətkeş, sadə adamların, Azərbaycanın bütün vətəndaşlarına və bütün bölgələrinə eyni gözlə baxan əsl vətənpərvərlərin, ölkənin gələcəyini düşünən mütəxəssislərin, ziyalıların və gənclərin partiyasıdır.

VHP – bütün ruhuyla bu torpağa bağlı olan və vətənimizin tərəqqisini ilk növbədə xalqımızın birliyində görən əsl mütərəqqi qüvvədir!

VHP – müstəqil, bütöv, güclü, insancasına yaşamağın bütün şərtlərini yerinə yetirən demokratik bir partiyadır!

Samir Əsədli,
VHP sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi