Əlamətdar gün- Qənirə Paşayevanın yazısı

Musavat.com Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edir:


Bu gün – 3 oktyabr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, eləcə də, 2009-cu ildə Naxçıvanda Türk Ölkələri Əməkdaşlıq Şurasının (12.11.2021-ci ildən sonra Türk Dövlətləri Təşkilatı) yaradılması Günü olaraq əlamətdar gündür! Ümummilli Liderimizi rəhmətlə anır, Azərbaycanımızın, qardaş ölkələrin bayraqlarına və ortaq türk bayrağımıza ucalıq diləyirəm! Türk birliyinin gücü hər bir türk ölkəsinin gücündən asılıdır. Türk Dövlətləri Təşkilatının hər biri öz mədəniyyəti, təhsili, elmi, iqtisadiyyatı, ordusu, səhiyyəsi, diplomatiyası və digər əməli fəaliyyət sahələri ilə güclü olmalıdır ki, ortaq keçmişdən ortaq gələcəyə gedən yolumuz aydınlıq olsun. Bu mənada, 1993-cü ilin təlatümləri fonunda ali hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı xilas etməklə, dirçəltməklə yalnız öz respublikamıza, Dünya Azərbaycanlılarına deyil, Türk dünyasına, bütün tərəqqipərvər insanlığa mühüm töhfələr vermiş oldu. Bu töhfələrin dəyəri coğrafiyamız, tariximiz, mədəniyyətimiz, iqtisadiyyatımız, gələcəyə baxışımızla bağlı az-çox bilgiyə malik olan hər bir obyektiv insana məlumdur. “Azərbaycan dünyaya Günəş kimi doğacaq” deyən Ümummilli Lider Azərbaycanı sabitlik ünvanına çevirdi, ardınca, tərəfdaş ölkələrin inkişafında da önəm daşıyan inkişaf xəttinə çıxardı, dünyanın dörd tərəfinə çoxsaylı səfərlər edərək, həqiqətlərimizi yaydı, beynəlxalq aləmi ayıltdı. Beynəlxalq aləm Azərbaycanın önəmini dərindən idrak etməyə, dəyərləndirməyə başladı. Dostuqlar bərpa olundu, yeni əlaqələr quruldu, bədxahlar mümkün miqdar neytrallaşdırıldı və s.

Gəlin, bu vurğuladığımız məqamlara daha geniş diqqət yetirək:

3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun çox önəmli pilləsi oldu. Qədirbilən xalqımız böyük səs çoxluğu ilə öz seçimini edərək, böyük siyasi və dövlət xadimi Heydər Əliyevi respublika prezidenti seçdi. Prezident seçilən Ümummilli Lider bütün imkanları səfərbər edib, dövlət-xalq birliyi ilə dövlətçiliyimizi, ölkəmizi faciələrdən qorudu, sabitlik, iqtisadi inkişaf yolunu açdı, o cümlədən qlobal enerji-kommunikasiya layihələrini gerçəkləşdirməyə başladı. Ümummilli Liderin özünün məşhur sözləri ilə desək: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu anlamda, milli iqtisadiyyatımızın “Əsrin müqaviləsi” zirvəsini özəlliklə vurğulamalıyıq. Heydər Əliyevin neft strategiyasının parlaq təcəssümü olan “Əsrin müqaviləsi” ölkəmizin dünya iqtisadi sistemindəki önəmli yerini müəyyənləşdirdi. 20 sentyabr 1994-cü ildə dünyanın 8 ölkəsinin 13 aparıcı neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.

Ümummilli Liderimizin ən çox sevdiyi şeirin misraları ilə desək, o, “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” deyə tərənnüm etdiyi, candan, könüldən bağlı olduğu ölkəmizə, doğma xalqımıza, öz Prezident andına sadiq qaldı. Ümummilli Lider rəsmi andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Ümummilli Liderin Prezident seçildikdən sonra həyata keçirdiyi daha hansı böyük işləri yada sala bilərik? – Diqqət edək:

- 1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi durdu. Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu seçdi. Bu istiqamətdə görülən işlər ardıcıl, məqsədyönlü xarakter aldı. Məsələn, Heydər Əliyevin humanizm prinsipləri əsasında qəbul etdiyi belə qərarlar nəhayətdə, respublikamızda ölüm hökmünün ləğvi ilə nəticələndi.

Ümummilli Liderin təşəbbüsü ilə KİV-lər üzərində senzura da aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi yönündə önəmli addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi;

- İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması Heydər Əliyevin böyük xidmətləri sırasındadır;

- Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi;

- Dövlətin, xalqın ən ağrılı, ən taleyüklü anında xilaskarlıq missiyasını yerinə yetirən Heydər Əliyev ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkar idarəetmə dövrünü qapatdı. Xalq öz dövlətinə inamı bərpa etdi. Göründü ki, müstəqilliyini yenicə əldə etmiş gənc dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər Ümummilli Liderdən öncə dövlətə səriştəsiz, qeyri-peşəkar şəxslərin başçılıq etməsinə görə baş vermişdir;

- Heydər Əliyevin qlobal düşüncəli, geniş dünyagörüşlü, üfüqügeniş nəhəng siyasətçi, dövlət xadimi, realist insan olması hər çətin anda, mürəkkəb məqamda alternativlərin ən yaxşısını bulmağı təmin edirdi. Heç təsadüfi deyil ki, gündəlik siyasi fəaliyyətində nümayiş etdirdiyi yüksək peşəkarlığa görə akademik çevrələr, dünya liderləri onu “siyasət nəhəngi”, “siyasət qrossmeysteri”, “siyasət patriarxı” kimi adlarla tərənnüm edir, ona heyranlıqlarını gizlətmirdilər;

- Heydər Əliyevin siyasi iradəsi, səmimiyyəti, polad xarakteri, uzaqgörənliyi, dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri, onunla təmasda olanları valeh edir, necə deyərlər, onunla hesablaşamağa vadar edirdi;

- Milli ideologiyanın yaradılması Heydər Əliyevin dövlət quruculuğu siyasətinin çox mühüm tərkib hissəsi kimi qəbul gördü;

- 3 oktyabr 2003-cü ildən başlayaraq, az qalan hər gün, hər həftə, hər ay və hər il Heydər Əliyevin milli və dövlət maraqlarını, ümumxalq iradəsini öz siyasi kursunda necə ustalıqla əks etdirdiyini göstərdi. Və onun siyasi uzaqgörənliyi, zəngin təcrübəsi ölkəmizə yeni uğurlar gətirdi;

- Heydər Əliyevin mülahizələri problemlərə dərindən bələdlik, hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək özəllikləri ilə seçilirdi. Ümummilli Lider bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirmişdi;

- “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – bu Heydər Əliyevin Azərbaycan gerçəkliklərinə istinadən irəli sürdüyü siyasi formul idi;

- Məhz Heydər Əliyev qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilərək, bu istiqamətdə də konkret örnəklər yaratdı;

- 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli istəyi ilə ali hakimiyyətə qayıtması nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, bir sıra separatçı meyillərə son qoyuldu və təcavüzkar Ermənistanla zəruri atəşkəs elan olundu. Atəşkəs nizami ordu quruculuğu, çağdaş silah təminatı, peşəkar zabit kadrlarının yetişdirilməsi, iqtisadiyyatın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya geniş yayılması və digər amillər baxımından önəm daşıyırdı;

- Ümummilli Lider hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxladı və bu yöndə önəmli islahatlara başladı.

- Heydər Əliyev beynəlxalq münasibətlər sistemində Azərbaycan həqiqətlərinin yorulmaz carçısı idi. Torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə ağırlıqlı şəkildə gətirən məhz Ümummilli Lider oldu. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Heydər Əliyev bir çox dövlət başçısı, beynəlxalq təşkilatların rəhbərləri ilə bu mövzuda danışıqlar apararaq, beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu;

Dövlət müstəqilliyimizin ilk illərində sağlam düşüncənin səsinə qulaq asan, böyük siyasi və dövlət xadimini respublikanın ali rəhbərliyinə dəvət etdən siyasi zehniyyət və gerçək addımlar olsaydı, Azərbaycan xalqı 20 Yanvar, Xocalı soyqırımı kimi faciələri yaşamaz, Qarabağın gözü Şuşa, ermənistanlar keçmiş DQMV-nin coğrafi bağlantısını təmin edən Laçın, Kəlbəcər əldən getməz, sonrakı digər torpaq itkilərimiz üçün çox təhlükəli zəmin yaranmazdı. Beləliklə, ölkə ərazisinin 20 faizi işğala məruz qalmaz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Ümummilli Lider deyirdi: “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir”.

Ümummilli Liderimizi bu anlamlı gündə dərin ehtiramla anır, onun siyasi kursunu ləyaqətlə davam və inkişaf etdirən dövlət başçımıza yeni zəfərlər diləyirik!

DÖVLƏTİMİZ VAR OLSUN!


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi