Məktəblərdə "şagird üsyanı", rüşvət ittihamları - təhsil sistemində nələr olur?

Ekspert: “Təhsil müəssisələrində nəzarət, idarəetmə, təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində ciddi problemlər var”

Tədris ili 3 həftədir başlayıb, orta məktəblərdə baş verən neqativ halların ardı kəsilmir. Dərslərə start verilən kimi bir neçə məktəbdə rüşvət yığımına dair faktlar, səs yazıları üzə çıxdı. Bakının 45 saylı, Sumqayıtın 32 saylı məktəbində bu faktlar təsbit olundu və direktorlar cəzalandırıldı.

Ardınca digər məktəblərdə dərs bölgüsü ilə bağlı narazılıqlar haqda çoxsaylı məlumatlara rast gəlindi.

Nəhayət, oktyabrın 4-də sosial şəbəkələrdə insanları sarsıdan bir video yayıldı: Bakının 112 saylı məktəbində şagirdin sinif yoldaşını vəhşicəsinə döyməsi insanları hiddətləndirdi.

Elə həmin gün digər bir neçə neqativ hadisə haqda da məlumatlar gəldi:

- İsmayıllıda şagird şagirdi bıçaqlayıb;

- Naxçıvanda bir şagird sinif otağında intihar edib;

- Şəkidə müəllimlər direktoru boykot edib, dərslərə girməyiblər...

Xətai rayonu, 48 nömrəli tam orta ümumtəhsil məktəbində 10-cu sinif şagirdləri müəllim dərsə gəlmədiyi üçün vaxtdan “səmərəli” istifadə ediblər. Onlar sinif otağına elektrik plitəsi gətirib və pomidor-yumurta bişiriblər. Sonra da, bu əyləncəli dəqiqələrin videosunu çəkərək paylaşıblar.

Məktəblərdə tədrisin səviyyəsi ilə yanaşı, tərbiyəvi mühitlə bağlı ciddi problemlər hər kəsi narahat edir. Bəs burada suçlu kimdir? Valideyn, məktəb, müəllim, direktor, şagirdlər, yoxsa nazirlik?

Bir qisim ekspertlər hesab edir ki, müəllimləri elə aciz duruma salıblar ki, onlar normal fəaliyyət göstərə bilmir. Bəziləri direktorların yerində olmadığını bildirir. Bir çox ekspertlər isə deyir ki, maaş azlığı üzündən orta məktəblərdə kişi müəllimlərin azlığı tərbiyəvi mühitin formalaşmasına mənfi təsir edir.

Belə təkliflər də var ki, orta məktəblərdə çətin tərbiyə olunan, aqressiv uşaqları ümumtəhsil müəssisələrindən uzaqlaşdırıb, xüsusi rejimli, çətin tərbiyə olunan uşaqlar üçün müəssisələrə yerləşdirmək lazımdır.

Ekspertlər məktəbləri sağlamlaşdırmaq, tədris və təlimin keyfiyyətinin yüksəldilməsi üçün hansı təcili tədbirlər görülməsini vacib bilir?

Kamran Əsədov 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Hazırda ölkənin 4432 ümumtəhsil məktəbində 1.6 milyon şagirdin təlim-tərbiyəsi ilə 150 minə yaxın müəllim çalışır. Etiraf edək ki, son illər biz təhsil prosesində uğurları görməsək də, son iki il ərzində neqativlərin həcmi, ağırlıq səviyyəsi ciddi şəkildə artıb. Təkcə 2022-ci ilin yanvar ayından sentyabrın 30-na qədər olan müddətə baxanda ən çox 9 ay ərzində intiharlar, şagirdlərin birinin digərinə qarşı fiziki zorakılığı, müəllimlərin arasında münasibətlər, direktorların tədris prosesini düzgün təşkil etməməsi, şagirdlərdən əsassız olaraq pul yığılması kimi hallar heç bir vaxt builki qədər olmamışdı. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyinin tədris prosesinə nəzarəti  həyata keçirməkdə ciddi problemləri var. Biz heç vaxt görməmişik ki, şagirdlər arasında münasibətlər bu qədər gərgin olsun. Təkcə geridə qoyduğumuz 9 ay ərzində, yeni tədris ilinin başladığı iki ay ərzində şagirdlərin birinin digərinə kəsici, deşici alətlərdən istifadə edərək xəsarət yetirməsi, eyni zamanda fiziki zorakılıqla müşahidə edilən bu hallar çox ciddi şəkildə artıb. Maraqlı olan odur ki, Elm və Təhsil Nazirliyi məhz bu problemlərin aradan qaldırılması üçün bir sıra QHT-lərə böyük məbləğdə qrant layihələri verib. Təsəvvür edin, bu qrant layihələri ona görə verilib ki, tədris prosesinin keyfiyyəti artırılsın, şagirdlər arasında münasibətlər, eyni zamanda məktəb-müəllim münasibətləri tənzimlənsin. Amma biz görürük ki, bu qədər qrant layihələri almalarına, bu qədər tədbirlər keçirilməsinə baxmayaraq neqativ halların sayı azalmaq əvəzinə ciddi şəkildə artıb. Baxırıq ki, Elm və Təhsil Nazirliyinin istər fərdi qaydada, istərsə də innovativ qrant layihələri çərçivəsində vəsaiti ən çox bullinqə aid olan layihələrə ayrılıb.  Ən çox da bullinq halları son 9 ayda artıb. Yeni tədris ili başlayandan sonra biz bunu müşahidə edirik. Bakı məktəblərində vəziyyət stabil deyil. Məktəblərə nəzarət, idarə edilməsi, təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində ciddi problemlər var. Eyni zamanda artıq oktyabrın 5-i keçib və bizim 1.6 milyon şagirdimizə nazirlik dərslikləri hələ də verməyib. Bu, onu göstərir ki, onlar fəaliyyətlərini düzgün qurmurlar. Yeni tədris ilinin başladığı iki həftəni təhlil etsək, ürəkaçan heç bir mənzərə yoxdur. Biz monitorinq aparanda görürük ki, şagirdlərin məktəbdə davamiyyəti, müəllim şagird münasibətləri, məktəb valideyn münasibətləri bütün istiqamətdə qurulmayıb. Bunun mənfi nəticələrini biz tədrisin gedişində də görə bilirik. Misal üçün, bu il 2-ci və 3-cü ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri çox aşağı düşdü. Kifayət qədər boş plan yeri qaldı. Hələ indiyə qədər məktəblərə kitabların verilməməsi, bir çox məktəblərdə müəllim vakant yerlərinin olmaması, şagirdlərin normal təhsili üçün müəllimlərin vakant yerlərə göndərilməməsi kimi ciddi problemləri biz yaşayırıq. Eyni zamanda əlamətdar günlə bağlı "Əməkdar müəllim" adı verilən şəxslər görürük ki, elə də böyük uğurlara sahib olmayan insanlardırlar. Elə savadlı müəllimlər var ki, onlara hər hansı ad verilməyib. Bu kiminsə standart yanaşmasıdır. Ümumilikdə hazırda tədrisin təşkili ilə bağlı ciddi problemlər var. Şagirdlər arasında xoşagəlməz halların günü-gündən artdığını müşahidə edirik. Məktəblərdə davamiyyətin düzəldilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsinə ciddi nəzarət olunmalıdır. Bu istiqamətdə işlər görülməli, tədrisin idarə olunmasına peşəkarlar, mütəxəssislər cəlb olunmalıdır".  

Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyev isə nazirliyin ünvanına səslənən tənqidlərə qarşı çıxıb: “Təhsil haqqında bir məlumat paylaşılır, araşdırılması və ya düzəlməsi üçün, o dəqiqə yazırlar ki, nazir istefa versin. Bu sözü yazanlar, indiyə kimi təhsil naziri olmuş neçə nəfərin, nazir olduğu vaxt etdiklərinin statistikalarını nəzərdən keçirmisiniz? Mən cavab verim, heç birinin. Bəzən məktəblər, müəllimlər, ümumiyyətlə, təhsil haqqında fikirlərimizi bildiririk, təkliflərimizi edirik. Bunu etməkdə məqsədimiz, var olan problemin aradan qaldırılmasıdır. Əvvəlki dövrlə indikini müqayisə etsək, çox şeyin müsbət mənada dəyişdiyini görərik. Nə tez yadımızdan çıxdı ki, illər əvvəl "xaricdə dövlət proqramı" ilə təhsil almaq istəyən üçün filan qədər pul verilməli və ya “yuxarıdan” tapşırıq gəlməli idi. İxtisas və ya universitet dəyişmək istəyən filan qədər pul verməli idi. Bütün problemlər həll edilməyib, amma həll olunan çox problemlər var. Bizim də məqsədimiz, övladlarımız üçün arzuladığımız təhsili görməkdir. Bunun üçün də birlik olmalı, dəstək olmalıyıq ki, neqativ hallar aradan qalxsın".'

Qeyd edək ki, ötən gün Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə şagirdin döyülməsi məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin Daxili İşlər Nazirliyi araşdırmaların aparıldığı barədə məlumat yaydılar. Döyülən şagirdin atası Namiq Zeynalov mediaya açıqlamasında heç bir barışığın olmadığını deyərək hadisə barədə ciddi tədbirlərin görülməsini istədiyini deyib: “Məktəbin direktoru uşaqları çağırıb məcburi şəkildə guya barışdırıb. Hətta yoldaşım uşaqla bir yerdə prokurorluğa aparıldıqlarını dedi. Niyə uşağı məcburi məktəbdə saxlayıb daha sonra prokurorluğa aparırlar? Daha sonra zəng edib etirazımı bildirmişəm, bundan sonra yoldaşım uşağı avtomobildən düşürüb. Uşağa məcburi barışıq ərizəsi yazdırıblar, ya yox, dəqiq bilmirəm. Mən şikayətçiyəm”. Övladının səhhətində bir problemin olmadığını deyən ata zorakılıq göstərən şagirdin cəzalandırılmasını tələb edir: "İstəyirəm ki, həmin uşağa lazımi cəza verilsin. Məktəbdə daim özbaşınalıq edənlər və siqaret çəkənlər olur. Yeni direktor təyin olunduqdan sonra məktəbdəki problemlərin aradan qaldırılacağı deyilmişdi", - deyə o əlavə edib. Uşağın atası işin hazırda prokurorluqda olduğunu deyib. Eyni zamanda uşağa qarşı zorakılıq edən şagird də polis bölməsindədir. Qeyd edək ki, uşaqda hansısa ciddi zədə və ya səhhəti ilə bağlı problem yoxdur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi