Odla oyun: İrəvanın işğalçı ordu planları -

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Xarici sərhədlərini də yad ölkənin hərbçiləri qoruyan yoxsul və "izqoy" Ermənistanın ordu nəyinə gərək? Erməni politoloq: "Nə Qərb, nə də Rusiya bizə görə Türkiyə və Azərbaycanla münaqişəyə girməyəcək..."

Bəzi qlobal güclərin əlində oyunca olmağa davam edən kapitulyant Ermənistan başına gələn faciələrdən dərs götürməyə tələsmir. Bunun əksinə o zaman əminlik hasil edəcəyik ki, mazoxist erməni toplumu da, onun iqtidarlı-müxalifətli siyasi kəsimi də, KİV-ləri də bütünlüklə sülh gündəminə köklənsin. Xam xəyallarla yaşamasınlar. Bu isə hələ ki gözə dəymir.  

Doğrudur, qonşu ölkədə, ümumən ermənilər arasında ara-sıra rasional elementlərə malik çıxışlar, çağırışlar səslənir. Lakin bu, aparıcı, dominant xarakter daşımır. Gerçək belədir ki, Azərbaycan və Türkiyə ilə barışıq tərəfdarları dərhal, "xain", "Türkə satılan" elan edilir. Müşahidə edilən həmçinin budur ki, ermənilər özlərinə yazıq görkəmi verməklə indi də Qərb-xristian dünyasının Azərbaycana qarşı real dəstəyini alacaqlarına sadəlövhcəsinə ümid bəsləyirlər...

*****

"Əgər biz belə bir seçim qarşısındayıqsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, Qarabağı qurban verməyə məcburuq".

"Yeni Müsavat"ın məlumatına görə, bunu Ermənistan Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru, politoloq Beniamin Poqosyan yerli mediaya müsahibəsində bildirib.

Poqosyanın iddiasına görə, Ermənistan hərbi şantaj və müharibə ilə hədələnir. "Azərbaycanı qəzəbləndirməmək üçün biz indi hər cür qəti addımlardan qaçırıq. Əgər Ermənistan belə bir seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, ya Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək zorundayıq", - deyə o vurğulayıb.

Digər erməni politoloq Stepan Danielyan facebook səhifəsində yazır ki, artıq postsovet məkanında komplementarizm dövrü arxada qalıb, Azərbaycan üçün isə "qızıl ulduz saatı" dövrüdür.

"Postsovet məkanında komplementarizm dövrü arxada qalıb. ABŞ və Rusiya arasında dolayı yolla müharibə gedir. İndi ya Rusiyanın yanındasınız, ya da Rusiyanın əleyhinəsiniz. Təbii ki, heç kim seçim etmək istəmir, amma məcburdur. Hazırda nə Qərb, nə də Rusiya Türkiyə-Azərbaycanla münaqişəyə girməyəcək, çünki hər ikisi bundan böyük ziyan görə bilər. Türkiyə fürsətlər sərhədində oynayır, Azərbaycan üçün isə bu, "qızıl ulduz saatı"dır və o, bundan maksimum istifadə edəcək. Ermənistan isə zəif həlqədir və onun hesabına başqaları öz problemlərini həll edir", - deyə Danielyan qeyd edib.

*****

Əslində Ermənistan böyük siyasətdə "zəif həlqə"dən daha çox, daima bu və digər xarici gücün əlində "maşa" rolunda olub. Növbə ilə. Guya bununla qonşulara qarşı özünün əsassız ərazi iddiasını təmin edəcək, "miatsum" hədəfinə çatacaq. Lakin arzuları imkanları ilə həmişə tərs mütənasib olduğundan, bu cırtdan və iddialı toplum bir qayda olaraq, acınacaqlı nəticələrlə üzləşib. "Birdəfəlik əlcək" kimi istifadə olunaraq tullanıb.

Erməni xalqının hazırkı fəlakətli durumu bunu öz-özlüyündə əyani göstərir. Demək, belə böhrana, ağır vəziyyətə düşməmək üçün məntiqlə ən əvvəl erməni siyasi isteblişmenti, erməni ziyalı və ekspert kəsimi baş verənlərdən dərs götürməli, paslanmış və heç nəyə yaramayan iddia və taktikadan həmişəlik imtina eləməli və bir də "köhnə dırmığın dişləri" üzərinə ayağını basmamalıdır.

Əfsus ki, 44 günlük müharibədən sonra da bunu müşahidə eləmərik. Kapitulyant ölkədə ara-sıra eşidilən bəzi pozitiv notlar istisna olmaqla, müşahidə olunan budur ki, erməni ictimai-siyasi fikri, "miatsum"dan, "Böyük Ermənistan" xülyasından tam imtina eləməyib, daha doğrusu, öz xəstə iddialarını sadəcə, "dincə qoyub", bir azca fasilə veriblər. Yəni təzədən toparlanıb əvvəlki iddialara qayıtmaq üçün fürsətlər, imkanlar, resurslar axtarışındadırlar. Söhbət ilk növbədə işğalçı ordunun təzədən bərpasından gedir.

Xəstə təfəkkürə diqqət edin: özünü guya ermənilərin ağıllı başlarından sayan politoloq Poqosyan deyir ki, "əgər Ermənistan seçim qarşısındadırsa ki, Qarabağı qurban verək, yoxsa Ermənistanı xilas edək, biz Qarabağı qurban vermək məcburiyyətindəyik".

Sual: Qarabağ nə vaxtdan sizin olub ki, onu Ermənistan naminə hələ bir qurban da verəsiniz?! Ermənistan qalsa da, yox olsa da, Qarabağdan imtina eləmək zorundasınız! Yəni yenə sağalmayan "Böyük Ermənistan" xəstəliyi...

*****

Nə yaxşı ki, mövcud regional və qlobal şərtlər ermənilərin irili-xırdalı bütün sərsəm arzularının üstündən yağlı xətt çəkir. O sırada yeni ordunun qurulması ən azı yaxın və orta perspektiv uçub istisnadır. Çünki kapitulyant ölkənin minimum səviyyədə özünü bərpası, hərbi güc əldə edib ayağa qalxması üçün yetərli maliyyə potensialı yoxdur, blokada rejimi davam etdikcə gözlənilmir də. Bunsuz isə normal ordu qurmaq, ən müasir, 4-cü, 5-ci nəsil silahlar almaq qeyri-mümkündür.

İrəvanın ən çox güvəndiyi Rusiya da daha öz satellitinə ucuz qiymətə və ya havayı, keyfiyyətli silahlar vermək, ordu qurmaq imkanında deyil, olmayacaq. Rusiyanın başı hələ uzun müddət Ukraynada aldığı və alacağı ağır "yaraları yalamağa", xeyli dərəcədə sarsılmış hərbi potensialını bərpa eləməyə qarışacaq.

Qısası, zaman əsla ermənilərə işləmir. Bunu anlamaq üçün dərin siyasi savada ehtivaya yoxdur. Erməni xalqının bədbəxtliyi də normal idraka malik siyasi liderin yoxluğundadır. Ki, onu başa salsın ki, xarici sərhədlərini belə başqa dövlətin - Rusiyanın qoruduğu 2 milyonluq, yoxsul və balaca ölkəyə ordu gərək deyil. Polis qüvvələri olsa, yetər. Axı kim ona hücum eləməyə hazırlaşır? Heç kim. Yetər ki, Ermənistan yad torpaqlara göz dikməkdən əl çəksin, qonşu dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz tanısın. Qonşuluqda özünü qonşu kimi aparsın, terrorçu dövlət, vəhşi qəbilə kimi yox!

*****

Azərbaycan üçün isə artıq fərq eləməz. İrəvan Bakı ilə 5 məlum prinsip əsasında ya böyük sülh müqaviləsi imzalayacaq, ya da imzalayacaq! Əks təqdirdə, nələr olacağı gərək ki, xain qonşulara məlum olsun. Biz xəbərdarlığmızı eləmişik.

O halda  Ermənistan adlı qondarma dövlətin öz taleyi gündəmə gələcək. Onu bu dəfə nəinki Rusiya, Qərb (ABŞ) və Avropa da xilas edə bilməyəcək. Bu, Ermənistan və onun hələ də "yuxudan ayılmayan" xəyalpərvər xalqının öz varlığını saxlamağının ən axırıncı şansıdır. "Hərb, yoxsa sülh" seçimi onundur...

Milli.Az


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi