Sabiq məmurun qızı və qayınanasının qətlinin şok detalları:

Bakının Yasamal rayonunda 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və onun 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesin əvvəlində prokuror zərərçəkmiş şəxslərin hüquqi varislərinin adından müxtəlif instansiyalara çoxsaylı şikayətlər göndərildiyini deyib.

Prokuror həmçinin bildirib ki, Cəlilabad rayonunuda Əzizov soyadı ilə də yüzlərlə şikayətlər edilir. Onun sözlərinə görə, həmin şikayətlər araşdırılması üçün Baş Prokurorluğa göndərilir: "Məlum olur ki, şikayət edən şəxslərin əksəriyyətinin cinayət işi üzrə adiyyəti olmayan şəxslərdir. Baş Prokurorluqda bu cinayət işinin istintaqı aparılıb və iş məhkəmə baxışına verilib. İndi Prezident Adminstrasiyası və digər müvafiq qurumlara edilən şikayətlər araşdırılması üçün Baş Prokurorluğa göndərilir".

Mərhum Aygün Əzizovanın atası Asif Əzizov deyib ki, onun tərəfindən də çoxsaylı şikayətlər edilir: "Biz hər yerə şikayət edirik. Bu şəxslərin ömürlük cəza almasını istəyirik. Məhkəmənin ədalətinə inanırıq".

Hakim Novruz Kərimovun sözlərinə görə, cinayət işi araşdırılması üçün məhkəməyə daxil olub, iş hərtərəfli araşdırılacaq və sonda hüquqi qiymət veriləcək.

Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Anar Ağalarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, xalası oğlu Teymurla birlikdə mərhum Rəhilənin evindən oğurluq etmək qərarına gəliblər:

"Teymur bildirdi ki, Rəhilənin evində pul var. Mən qapıda dayanacam, özü isə içəri girərək oğurluq edəcəkdi. Biz Rəhilənin yaşadığı evə getdik. Mən qapıda dayandım. Teymur evi yoxlamaq üçün qapını döydü ki, görək kimsə varmı? Bu zaman içəridən səs gəldi. Teymur özünü təqdim edərək, qadına tanışlıq verdi. Qadın da Teymuru tanıdığı üçün qapını açdı. Mən qapıda dayandım, Teymur isə içəri girdi. O, içəri keçəndən sonra məlum hadisəni törətdi. Rəhiləni bıçaqla vurdu. Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Biz qətl hadisəsini törətməyi əvvəlcədən planlaşdırmamışıq".

Təqsirləndirilən şəxsin sözlərinə görə, məqsədləri oğurluq və ya soyğunçuluq olub: "Biz qapını ona görə döydük ki, qarşımıza çıxan olsa, pul və ya digər əşyalar alaq, soyğunçuluq hadisəsi törədək. Evdə heç kim olmadığı halda isə oğurluq edəcəkdik. Buna görə də qapını döydük. Ev sahibi qarşımıza çıxdı. Mənə məlum olmayan səbəblərdən Teymur qətl hadisəsini törətdi. Onda bıçaq olduğunu bilirdim. Həmişə üzərində bıçaq gəzdirirdi. Amma məndə bıçaq olmayıb. Bir Allah şahiddir ki, evdə uşağın olduğunu bilməmişik. Həmin qız uşağını da Teymur bıçaqla vurdu. Qızın 15 yaşı olardı".

Anar Ağalarov deyib ki, Teymur zərərçəkmişlərin evində dəfələrlə olub, onlarla tanışlığı var idi: "Nənəm Rəhiləni tanıyırdı. Ehtiyacı olanda borca pul alırdı. Rəhilə də ona borca pul verirdi. Nənəm pulu Rəhilədən götürməyi Teymura tapşırırdı. Teymur da gedərək pulu götürürdü. Buna görə Teymur Rəhilənin evində pulun olduğunu dəqiq bilirdi".

Anar Ağalarovun sözlərinə görə, hadisə vaxt onun 19 yaşlı olub və İncəsənət Universitetinin 2-ci kursunda təhsil alıb: "Mənim pula ehtiyacım yox idi. Ailəmin maddi imkanı yaxşı idi, maliyyə cəhətdən çətinlik çəkmirdim. Ora getməyi xalam oğlu Teymurdan təklif aldım. Onun sözündən çıxa bilmədim və ora getdim. Bizim yanımızda Fərid olmayıb. Teymurla Fərid qardaş olduğu üçün onların qan qrupları da eynidir. Qan qurupu eyni olduğu üçün Fəridi də tutublar".

Anar Ağalarov deyib ki, Teymurun etdiyi hərəkətlərdən şoka düşüb: "Onun qətli törətməsi məni çaşqın vəziyyətə saldı. Onun cinayəti törətməsinin qarşısını almaq imkanım yox idi. Elə vəziyyətdə idi ki, qarşısına keçsəydim, bəlkə məni də öldürərdi. Teymuru həmin vaxt tanımaq olmurdu. Onları bıçaqla vurduqca, mənim də üstümə qışqırırdı. Ev bir otaqdan ibarət idi. Rəhiləni Teymur dəhlizdə vurdu. Bu zaman uşaq səs-küyə gəldi. Onun bizə müqavimət göstərmək imkanı yox idi. Teymur onu da bıçaqla vurdu.

Teymurun üzərində bıçağı niyə gəzdirdiyini bilməmişəm. Bunun səbəbini yaşasaydı, onun özündən soruşardız. Özü daha yaxşı bilirdi".

Anar Ağalarovun sözlərinə görə, hadisəni törədəndən sonra Teymur evdə pul və qızıl axtarmağa başlayıb: "Qapının yanında dayandığım üçün mənim də üstümə qışqırdı. Dedi ki, pul axtar. Evdə onunla birlikdə axtarış apardıq, 600 dollar tapdıq. Həmin pulun 300 dollarını mənə verdi, qalanını özündə saxladı".

Hüquqi varis Asif Əzizovu məhkəmədə təmsil edən vəkili təqsirləndirilən şəxsə Rəhiləyə 42, Aygünə 40 bıçaq zərbəsini Teymurun özünün tək vurması barədə sual ünvanlayıb. Təqsirləndirilən şəxs isə mərhumlara neçə bıçaq zərbəsi vurulduğunu xatrlamadığını söyləyib: "Bu qədər zərbənin vurmasının səbəbini bilmədim. Teymur özündə deyildi. Dayanmadan zərbələr vururdu. Elə bil ki, narkotikin təsiri altında idi".

Asif Əzizov bildirib ki, təqsirləndirilən Anar Ağalarov yalan danışır. Hadisəni Anar Ağalarov, Teymur Məmmədov və Fərid Məmmədli törədib: "Bu qətldə bu şəxslərlə yanaşı nənələrinin, atalarını da əli var. Mütəşəkkil dəstə tərkibində bu qətli törədiblər. Anar Ağalarovun atası polis işçisi olub. 18 il bu qətli gizlədib, üstünün açılmasına imkan verməyib. Atası da, nənəsi də qətli bilib. İndi türmədə bir-birlərinə xəbər ötürürlər. Deyirlər ki, boynuna alma, Teymur ölüb, onun üstünə yıxırlar. Bu şəxslər də it kimi ölcək. Azyaşlı bir qızı amansızcasına qətlə yetiriblər. Bunları Allahda bağışlamayacaq".

Daha sonra Asif Əzizovun vəkili bildirib ki, Anar Ağalarov istintaq zamanı hadisəni törətməsi ilə bağlı etirafedici ifadələr verib. Vəkil həmin ifadələrin elan olunmasını istəyib.

Elan olunan ifadəsində Anar Ağalarov qeyd edib ki, qətli Teymurla birlikdə törədiblər və daha sonra evdə birgə pul axtarıblar.

Həmçinin istintaq sənədlərinə görə, evdə 4 qanlı bıçaq tapılıb və həmin bıçaqların üzərində qətlə yetirilən şəxslərin qanı olub. Təqsirləndirilən şəxs deyib ki, Teymurda cəmi bir bıçaq olub və həmin bıçaqlada cinayəti törədib: "İşdə olan sənədlərdən də görünür ki, digər 3 bıçaq ailəyə məxsus olub. Mən də isə bıçaq olmayıb".

Anar Ağalarovun istintaqa verdiyi ifadəsində isə göstərib ki, Teymur və Fəridlə birlikdə qətli törədiblər. Onun həmin ifadəsindən məlum olur ki, Teymurda bıçaq olsa da, evdə olan ailəyə məxsus bıçaqlardan da istifadə ediblər. Onun ifadəsinə görə, Aygün Əzizovanı tutub və Teymur da bıçaqla zərbələr vurub. Qeyd edib ki, Fəridin bıçaqla vurduğunu görməyib, həmin vaxt həyacanlı olub.

Anar Ağalarov isə ifadəsinin bu hissəsini təsdiq etməyib. O deyib ki, istintaq təcridxanasında həmin ifadəyə imza edib.

Növbəti proses oktyabrın 19-da davam edəcək.

İttihama görə, 18 il əvvəl Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və 1989-cu il təvəllüdlü nəvəsi Aygün Əzizova birgə yaşadıqları mənzildə öldürülüblər.

Anar Ağalarov mərhum xalası oğlu Teymur Məmmədov və onun qardaşı Fərid Məmmədli ilə Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə gəliblər. Rəhilə Cəlilova və Aygün Əzizovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onları öldürüblər.

Daha sonra isə onlar mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürərək ələ keçiriblər.

İstintaq orqanı tərəfindən Fərid Məmmədli və Anar Ağalarovun barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

Teymur Məmmədli isə ötən müddətdə öldüyünə görə istintaqa cəlb edilməyib.

Qeyd edək ki, qətlə yetirilən A.Əzizova hadisə baş verərkən Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Asif Əzizovun qızı, R.Cəlilova isə onun qayınanasıdır.

Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb, daha sonra birinci müavin vəzifəsinə irəli çəkilib. 2015-ci ildə A.Əzizov öz ərizəsi ilə vəzifədən azad edilib.

O, vəzifədən azad ediləndən sonra biznes fəaliyyəti ilə məşğul olur.

Milli.Az


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi