Xankəndi nəzarət altına düşür: Paşinyan da, Araik də rəsmi Bakının tələbləri ilə barışıb

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Cənubi Qafqazın yeganə regional güc mərkəzi olan Azərbaycanla qarşıdurma, yaxud da silahlı toqquşma həm Ermənistana, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçılara artıq qətiyyən sərfəli deyil... Çünki, Ermənistanın hərbi müqavimət potensialı yoxdur, Xankəndi şəhəri ətrafındakı bütün strateji yüksəkliklərə isə Azərbaycan ordusu tam nəzarət edir...

Azərbaycanın Xankəndi və ətraf bölgəsi ətrafında olduqca maraqlı proseslər cərəyan edir. Hazırda bu bölgədə olan ermənilər, o cümlədən də separatçı-terrorçular mövcud situasiya ilə barışmağa başlayıblar. Və artıq onların gələcək taleyinin xaricdəki erməni diasporundan, yaxud da daha yaxındakı Ermənistandan asılı olmadığını birmənalı şəkildə anlayırlar.

Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki, xaricdəki erməni diasporunun dünyada elə bir təsiri qalmayıb. Vaxtilə "erməni faktoru"ndan öz maraqları çərçivəsində böyük həvəslə istifadə edən supergüclərin hədəfləri tədricən dəyişməkdədir. İndi supergüclər üçün "erməni faktoru" deyil, Azərbaycanın zəngin enerji resursları, Cənubi Qafqazın geopolitik, geostrateji və geoiqtisadi əhəmiyyəti daha ön plandadır.

Ona görə də, hazırda dünya supergücləri artıq əhəmiyyətini sürətlə itirməkdə olan "erməni faktoru" ucbatından Cənubi Qafqazın gələcək perspektivləri barədə yekun və həlledici qərar hüququ olan Azərbaycanla münasibətlərini korlamağa həvəsli deyillər. Ona görə də, hazırda "erməni faktoru"ndan Azərbaycana və ya Türkiyəyə deyil, daha çox Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa çalışdıqları Rusiyaya qarşı istifadə etməyə üstünlük verirlər. Və bu, 44 günlük savaşın doğurduğu yeni geopolitik şərtlərin təsirini möhkəmləndirir.

Digər tərəfdən, 44 günlük savaşdan sonra erməni diasporu arasında da ciddi fikir ayrılıqlarının, parçalanmaların olduğu barədə müəyyən məlumatlar mövcuddur. Üstəlik, erməni diasporu ilə Paşinyan hakimiyyəti arasında ziddiyyətlərin də dərinləşdiyi bildirilir. Və bütün bunar istər-istəməz "erməni faktoru"nun regional əhəmiyyətini zəiflədir.

Ona görə də, hazırda həm Ermənistan, həm də Azərbaycanın Xankəndi bölgəsində olan silahlı erməni separatçı-terrorçular vərdiş etdikləri ənənəvi dəstəyi ala biləcəklərinə əmin deyillər. Əksinə, indi erməni toplumunda "təkbaşına buraxılma" əhval-ruhiyyəsi daha çox hökmranlıq edir. Və bu, mövcud situasiya ilə barışmaq məcburiyyəti yaradır.

Azərbaycan ordusunun "Qisas" antiterror əməliyyatı isə erməni separatizminə daha sarsıdıcı zərbə oldu. Çünki, bu antiterror əməliyyatı Azərbaycanın geopolitik iradəsini birmənalı şəkildə təsdiqlədi. Üstəlik, rəsmi Bakının geopolitik iradəsinə hər hansı regional alternativin olmadığı ortaya çıxdı.

Bu səbəbdən də hazırda rəsmi İrəvan və Qarabağdakı erməni separatçı-terrorçular Azərbaycanın şərt-tələblərini yerinə yetirmək məcburiyyəti ilə barışıblar. Paşinyan hakimiyyəti sentyabr ayının əvvəllərinə qədər Xankəndi və ətraf bölgədəki Ermənistanın sılahlı birləşmələrini çıxartmağa hazırlaşır. Eyni zamanda, rəsmi Bakının tələbi ilə Laçın dəhlizinə alternativ yolun işə salınmasına da ciddi hazırlıqlar başlayıb.

Məsələ ondadır ki, yaxın günlərdə Laçın şəhəri və dəhlizin üzərində olan digər ərazilər Azərbaycana təhvil veriləcək. Hətta Ermınistan mətbuatı Azərbaycan ordusunun avqustun 25-də gecə saatlarında Laçın şəhərinə girəcəyini vurğulayır. Xankəndi və ətraf bölgədə olan separatçılar isə Laçın dəhlizi ətrafında yaşayan ermənilərin oradan köçürülməsinə başlayıblar.

Azərbaycan rəsmilərinin Rusiya sülhməramlı qüvvələrinin müşayiəti ilə Laçına gedərək, şəhərin boşaldılmasına hazırlıq prosesi ilə yerində tanış olması erməni toplumunda pessimizmi daha da artırıb. Erməni toplumunda vəziyyətin ciddi olduğunu və hər hansı çıxış yolunun olmadığını anlamağa başlayıblar. Və göstəriləcək hər hansı müqavimətin doğuracağı nəticələri də tam dəqiqliyi ilə anlayırlar.

İndi Araik Arutyunyan və onun separatçı dəstəsi ermənilərin Laçından çıxarkən, barbar ənənələri üzrə şəhəri yandıra biləcəklərindən narahatdır. Bəzi məlumatlara görə, rəsmi Bakı əgər, Laçın yandırılarsa və minalanarsa, buna qarşı ən sərt addımların atıla biləcyi barədə sərt xəbərdarlıq edib. Bu səbəbdən də, separatçılar Laçını tərk edəcək ermənilər arasında təbliğat apararaq, onları evləri yandırmaqdan çəkindirməyə çalışırlar.

Onu da qeyd etmək lazımdır ki, həm Ermənistanın siyasi rəhbərliyi, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular rəsmi Bakını növbəti dəfə qəzəbləndirməkdən açıq-aşkar çəkinir. Çünki, "Qisas" antiterror əməliyyatı keçirilərkən, Rusiya sülhməramlı qüvvələri buna əngəl törədə bilməmişdilər. Bu baxımdan, indi erməni toplumunda əminlik var ki, əgər, rəsmi Bakı yenı qəzəblənərsə, bu dəfə antiterror əməliyyatları birbaşa Xankəndi şəhərində keçirilə bilər. Bu isə Araik Arutyunyan və onun separatçılarının sonu olardı.

Maraqlıdır ki, "Qisas" antiterror əməliyyatından sonra Araik Arutyunyan Xankəndi və ətraf bölgədə "səfərbərlik" elan etmişdi. İndi Ermənistan mətbuatı məlumat verir ki, rəsmi Bakı bu məsələ ilə bağlı Paşinyan hakimiyyətinə sərt xəbərdarlıq edib. Nəticədə rəsmi İrəvandan Araik Arutyunyana "səfərbərlik oyunu"na həvəs göstərməmək mesajı verilib. Və son məlumatlara görə, bölgədəki separatçı-terrorçular bu mövzunu artıq qapatmaq məcburiyyətində qalıblar.

Məsələ ondadır ki, Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə silahlı erməni separatçı-terrorçuları tərksilah etməsi üçün o qədər çox zaman lazım deyil. Belə ki, son məlumatlara görə, Azərbaycan ordusu Xankəndi şəhəri ətrafındakı bütün strateji yüksəkliklərə tam nəzarət edir. Ona görə də, cəmisi bir neçə gün ərzində əlində silah olan erməni separatçı-terrorçular Azərbaycan ordusu tərəfindən tam tərksilah olunub, həbs edilə bilərlər.

Göründüyü kimi, indi Cənubi Qafqazın yeganə regional güc mərkəzi olan Azərbaycanla qarşıdurma, yaxud da silahlı toqquşma həm Ermənistana, həm də Xankəndi və ətraf bölgədəki erməni separatçılara qətiyyən sərfəli deyil. Çünki, Ermənistanın hərbi müqavimət potensialı yoxdur. Xankəndi şəhəri isə demək olar ki, Azərbaycan ordusunun hərbi nəzarəti altına düşüb. Və bundan sonra ermənilərə yalnız Azərbaycanın direktivlərini, təlimatlarını yerinə yetirmək qalır.

Milli.Az


Football news:

<!DOCTYPE html>
Kane on Tuchel: A wonderful man, full of ideas. Thomas in person says what he thinks
Zarema about Kuziaev's 350,000 euros a year in Le Havre: Translate it into rubles - it's not that little. It is commendable that he left
Aleksandr Mostovoy on Wendel: Two months of walking around in the middle of nowhere and then coming back and dragging the team - that's top level
Sheffield United have bought Euro U21 champion Archer from Aston Villa for £18.5million
Alexander Medvedev on SKA: Without Gazprom, there would be no Zenit titles. There is a winning wave in the city. The next victory in the Gagarin Cup will be in the spring
Smolnikov ended his career at the age of 35. He became the Russian champion three times with Zenit

3:15 Maskın Putinə zəngi, X-də rus pulu… -
3:07 Тревожная ситуация в стратегической сфере Китая
3:03 Bakıda məşhur restoran bağlandı
3:00 Bu sadə içki sizi xərçəngdən QORUYACAQ
2:57 Bu “Android” proqramları bank məlumatlarınızı oğurlayır
2:52 Qadın qətlində “öndə” olan bölgələr
2:42 S&P Global Ratings пересматривает прогноз рейтингов Израиля
2:42 В российских магазинах обнаружили 200 тонн нелегальной красной икры
2:34 “Mən o qadınların ömürlük türmədə qalmalarını istəyirəm” -
2:30 ABŞ-də silahlı insident: 22 nəfər öldü
2:26 150 il öncəki plan: III Dünya savaşı belə olacaq
2:22 Zehnin güclənməsi üçün dualar
2:01 Samirə Mustafayeva arıqlamağın və gözəl bədənə sahib olmağın sirrini açdı
1:43 В армии США начали проводить испытания робопсов
1:41 В США в результате стрельбы погибли 22 человека
1:36 Dünyanın ən bahalı 10 liqası
1:34 Evdən gedən ilan bir ildən sonra sahibinin yanına döndü - FOTO
1:30 Турист три дня блуждал в заповеднике среди диких животных и выжил
1:16 Peyğəmbər (s) bu beş peşəni tövsiyə etmir
1:15 Noyabrda şans üzünə güləcək
1:00 Судья оштрафовал Трампа на $10 тыcяч - ПРИЧИНА
0:45 2024-cü il bu bürclər üçün çətin keçəcək
0:44 Məhəmmədin (s) sevilməsi və əbədiliyinin sirri nədir?
0:33 Bu insanlar zeytun yağından QAÇSIN: Təhlükəli tərəfləri
0:24 «Сроки наземной операции в Газе уже согласованы» - Нетаньяху
0:20 Ученые объяснили загадочное исчезновение трех звезд
0:05 Qız "Apple" sayəsində sevgilisinin xəyanətini öyrəndi
0:04 Yüzlərlə pişiyi kəsib, quzu əti kimi satacaqdılar
23:32 İnsan ölümdən bir saniyə əvvəl nə hiss edir? - CAVAB
23:28 Bu meyvənin faydaları saymaqla
23:10 Столтенберг призывает увеличить расходы на оборону
23:04 Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI
23:03 Britaniyanın dövlət nazirindən Azərbaycana qarşı ittihamlara reaksiya
22:57 Бывший футболист «Реала» установил рекорд Лиги чемпионов
22:40 2 türk alim xərçəngin vaksinini tapdı
22:31 Başlayan nevrozun ilk əlamətləri
22:27 Dünyanın 25 xəzinəsi İmam Sadiqin bəyanında
22:15 Венгрия останется в ЕС дольше, чем Боррель на посту - Администрация Орбана
22:15 Польша готовится к военным учениям у границы с Беларусью и Россией
22:03 Kök model paltar tapmadı, mağazanı məhkəməyə verdi-
21:53 Namiq Mənanın oğlu ağır xəstəliyə tutulub
21:30 İnsult qocaların xəstəliyi olmaqdan çıxıb - Gənclərə xəbərdarlıq!
21:26 Нетаньяху: «Мы уже убили тысячи террористов, и это только начало»
21:22 Qeyrət – İlahi nemətdir. Amma yerində istifadə olunmalıdır
21:15 Toydan qabaq hamilə olan ulduzlar -
20:54 Вступление Швеции в НАТО: Венгрия блокирует
20:51 ООН удовлетворила требование Азербайджана о созыве специальной сессии Генеральной Ассамблеи
20:45 Совбез ООН не поддержал ни российскую, ни американскую резолюции о войне ХАМАС и Израиля
20:38 Netanyahu: “İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır”
20:35 Сторонник Трампа и противник Украины возглавил Палату представителей США
20:33 Cəlilabaddakı qətl hadisəsi
20:30 İsrail Qəzzada yerüstü əməliyyata hazırlaşır
20:30 Allah öz işlərini Bismillahla başlayanlara bu vədi verib
20:21 Cəlilabadda qətl hadisəsi
20:19 В Японии разрешили смену пола без стерилизации - ДЕТАЛИ
20:17 «В следующий раз может не повезти»: МАГАТЭ о мощных взрывах возле Хмельницкой АЭС
20:16 Tramp: “İsraili məhv etmək istəyirsənsə...”
20:12 Günün ULDUZ FALI: Gözə kül üfürməyin
20:05 Гурбан Гурбанов о предстоящем матче «Карабаха» против немецкого «Байера»
20:01 Günün qoroskopu: Gözə kül üfürməyin
19:59 Bəyanatı oxuyun: Bakının hüququ var ki...
19:59 Турецкий рынок обвалился после заявлений Эрдогана
19:54 Sərbəst güləşçilərdən 2 gümüş və 1 bürünc medal
19:51 Байден: Отношения между Израилем и палестинцами изменились навсегда
19:47 Стеклянный мост обрушился под ногами туристок
19:47 Я не такой, как все - Роналду
19:45 В Индии питон напал на мужчину на заправке
19:43 Qadın qətlində “öndə olan” bölgələr AÇIQLANDI - VİDEO
19:43 Azərbaycan Baş Assambleyanın xüsusi sessiyasını ÇAĞIRDI
19:35 Rahib qadını döyüb zorladı
19:34 Во время работы над книгой о великом лидере Гейдаре Алиеве мы обращались к спецслужбам стран СНГ
19:32 Пашинян: Мир с Азербайджаном и Турцией, но без России
19:30 Mustafa Kamal Atatürkü canlandırdığı filmdən danışdı: “Özümə gələ bilmədim…” -
19:29 Армения загрязняет озера Истису и Гейча
19:26 BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib
19:18 40 yaşından sonra varlanacaq
19:15 Bərəhut harada yerləşir?
19:03 Их цель - войны, кровь, беды: особенности политики Франции и не только ее
18:54 Balasanyan həbs edildi: separatçılar niyə “təmizlənir”?
18:51 Qarabağda baş vermiş hadisələr etnik təmizləmə kimi xarakterizə oluna bilməz
18:50 Закройте рот, Михаэль Рот!
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха
18:48 Госминистр Великобритании не считает этнической чисткой уход армянского населения из Карабаха -ВИДЕО
18:46 Ana olmaq istəyənlərin nəzərinə: Mütəxəssis düzgün yaş aralığını
18:45 Beş vacib qadın keyfiyyətini inkişaf etdirən ÜSUL
18:40 Küçəyə atılan uşaqların anası geri qayıtdı
18:37 Azərbaycan nümayəndə heyəti erməni təxribatı ilə üzləşdi - FOTO - VİDEO
18:30 Bakıya qarşı oyun: Brüsseldə nə hazırlanmışdı?
18:26 Бастрыкин поручил проверить, как гостиница Эрмитажа перешла азербайджанской компании
18:25 В США мужчина выловил рыбу весом 128 кг и побил мировой рекорд
18:22 "Ermənistan Rusiya hərbi bazalarının mövcudluğunda heç bir üstünlük görmür"
18:20 Xabi Alonso: "Qarabağ" yaxşı komandadır"
18:17 Bakıya qarşı oyun: Brüssel görüşü niyə baş tutmadı?
18:16 Hatayda zərər çəkən binalar ən qısa zamanda yenilənəcək
18:05 В Баку жестко ответили на провокационные заявления глав МИД Армении и Канады
17:58 Qurbanov "Bayer"lə matçdan danışdı: Fərqli hazırlıq keçirik
17:53 Не вижу преимуществ в присутствии российских военных баз в Армении - Пашинян
17:49 Canlı efirdə üç övladından imtina edən qadınla ekspertlər arasında
17:46 «Габала» забила эффектный гол в Венгрии и вышла в следующий раунд Юношеской лиги УЕФА
17:45 Sizi xoşbəxt edən 10 hind fəlsəfəsi