Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

3 ay əvvəl evlənmişdilər - Biri polis, digəri müəllim olan cütlüyün sirli ölümü

3 ay əvvəl evlənmişdilər - Biri polis, digəri müəllim olan cütlüyün sirli ölümü

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Şırnak şəhərində baş verib.

Şırnakda polis bölməsində Çevik Qüvvələr Şöbəsinin məmuru olan Sinan Bulduklu və onun həyat yoldaşı, 3 ay əvvəl evləndiyi ingilis dili müəllimi Berna Kargı Bulduklu evlərində tapança ilə güllələnərək öldürülüb.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan cütlüyü bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Cütlüyün evində atəş səsi eşidən qonşular vəziyyəti polisə və təcili yardıma xəbər verib. Qısa müddətdə hadisə yerinə gələn qruplar cütlüyü qanlar içində tapıb. İlk müdaxilənin ardından qruplar cütlüyü Cizre Dövlət Xəstəxanasına aparıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq, Bulduklu cütlüye həyatını itirib.

Polis məmuru Sinan Bulduklunun cənazəsi məmləkəti Hataya, müəllim Berna Kargı Bulduklunun cənazəsi isə məmləkəti Yozqata göndərilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Musavat.com