Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ Bosniya və Herseqovinanın baş nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ hakimiyyəti Bosniya və Herseqovina Federasiyasının baş naziri Fadil Novaliçə qarşı sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Novaliç pensiyaçılar haqqında məlumatlardan öz siyasi partiyasının maraqları naminə sui-istifadə etməkdə ittiham olunur. O, həmçinin Bosniya və Herseqovina qanunlarını pozmaqda günahlandırılır.

ABŞ Maliyyə Nazirliyinin sənədlərindən birində amerikalıların Bosniya və Herseqovinanın ən zəngin vətəndaşlarından biri hesab etdikləri Slobodan Stankoviçə qarşı da sanksiyaların tətbiq edildiyi bildirilir. Onun tikinti sektorunda korrupsiya ilə məşğul olduğu iddia edilən “Integral Inzenjering A. D. Laktasi” mühəndislik şirkəti məhdudiyyət altına düşüb.//Oxu.az