Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ Milli arxivi hələ də Tramdan istədiyi sənədləri ala bilməyib-prokurorluğa müraciət edildi

ABŞ Milli arxivi hələ də Tramdan istədiyi sənədləri ala bilməyib-prokurorluğa müraciət edildi

ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi (NARA) keçmiş prezident Donald Trampdan səlahiyyət müddəti başa çatdıqdan sonra özü ilə apardığı sənədləri hələ də almayıb.

Musavat.com xarici agentliklərə istinadənxəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Federal idarənin təmsilçisi Debra Staydel Uollun sözlərinə görə, sabiq prezidentin və Ağ Evin keçmiş əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə bağlı ölkənin Ədliyyə nazilriyinə (həm də Baş prokurorluq funksiyasını icra edir-red.) müraciət edəcəklər.

D.Uoll Tramp administrasiyasının nümayəndələrinin sənədlərin saxlanılması üçün "qanunla yol verilməyən elektron adreslərdən" istifadə edərək “Prezident sənədləri haqqında qanunu” pozduğunu iddia edib.

Qeyd edək ki, Trampın gizlətdiyi vacib sənədlərlə əlaqədar FTB iki ay öncə onun Florida ştatındakı Mar-a-Laqo malikanəsinə basqın həyata keçirib. Respublikaçıların böyük əksəriyyəti bunu siyasi aksiya hesab edib.

Debora Uollun məktubunda Ağ Evin keçmiş ticarət müşaviri Peter Navarronun “şəxsi elektron poçt qutusu” vasitəsilə göndərilən və itdiyi iddia olunan yazışmalardan da bəhs olunur.

P.Navarro hazırda Nümayəndələr Palatasının Xüsusi komitəsi tərəfindən bu ilin yanvarın 6-da göndərilən çağırış vərəqəsinə tabe olmaqdan imtina etdiyi üçün “Konqresə hörmətsizlik ittihamı” ilə məhkəmə qarşısındadır.

Musavat.com