Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

ABŞ Vaşinqtonun Moskva ilə qarşıdurmada uduzacağı təqdirdə... - Kiva

Rusiya Ali Radasının keçmiş deputatı İlya Kiva hesab edir ki, ABŞ hakimiyyəti Vaşinqtonun Moskva ilə qarşıdurmada uduzması fonunda Rusiyada “vəziyyəti qeyri-sabit etmək” üçün son fürsətdən istifadə edə bilər.

Publika.az xəbər verir ki, Kiva bu barədə Teleqram kanalında yazıb.

O qeyd edib ki, söhbət yeni dollar əskinaslarının buraxılmasından gedir.

“Moskvaya uduzaraq, Vaşinqton Rusiyadakı vəziyyəti qeyri-sabitləşdirmək, qlobal iqtisadiyyata zərər vurmaq və borclarını qismən silmək imkanından istifadə edərək, yeni dollar əskinaslarının buraxılışının başlandığını elan edib , özünə uyğun olan qaydalarla köhnələri ilə mübadilə etməyə başlaya bilər” - Kiva qeyd edib.

Eks-deputatın nöqteyi-nəzərindən belə bir addım ABŞ valyutasını əsas aktiv kimi istifadə edən dövlətlərə təsir edəcək, onları Vaşinqtondan asılı vəziyyətə salacaq. Kiva vurğulayıb ki, belə şəraitdə ruslar və ukraynalılar əmanətlərini “dünyanın ən etibarlı valyutalarından biri” olan rublda saxlamalıdırlar.

Akqabay