Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Ağ Ev: "Ukraynanın NATO-ya daxil olması başqa vaxta qalmalıdır"

“Ağ Ev hesab edir ki, Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü məsələsi “başqa vaxt” həll edilməlidir və indi daha çox Rusiya təcavüzü ilə mübarizə üçün ona dəstək verilməsi lazımdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Birləşmiş Ştatlar onilliklərdir ki, NATO-nun açıq qapı siyasətini dəstəklədiyini açıq şəkildə bəyan edib. NATO-ya üzvlüklə bağlı istənilən qərar Alyansın 30 üzvü və ona qoşulmaq istəyən ölkələr arasında qəbul edilir. İndi, fikrimizcə, ən yaxşı yol Ukraynaya quruda kömək etməkdir. Brüsseldəki proses başqa bir zamanda ələ alınmalıdır,-deyə o, qeyd edib.

Xatırladaq ki, cümə günü Vladimir Zelenski Ukraynanın Şimali Atlantika Alyansına sürətləndirilmiş üzvlük üçün ərizə imzaladığını elan edib və Qərbdəki tərəfdaşlarını Ukraynanın Kiyev Təhlükəsizlik Müqaviləsində (Kyiv Security Compact) müəyyən edilmiş təhlükəsizlik zəmanətləri üçün hazırladığı təklifləri həyata keçirməyə çağırıb.

Musavat.com