Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Akardan Liviya açıqlaması: "Yad güc deyilik"

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Liviyada xarici qüvvə olmadığını bildirib.

Publika.az xəbər verir ki, nazir Hulusi Akar Liviyanın paytaxtı Tripolidə Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ilə görüşündə iki ölkə arasındakı əlaqələri dəyərləndirib.

Türkiyəli nazirin sözlərinə görə, Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanan anlaşma memorandumunun əhəmiyyəti çox böyükdür.

O, bu müqavilələrin iki ölkənin dostluq, qardaşlıq, ortaq tarix və dəyərlərin təcəssümü olduğunu bildirib.

Liviyada zaman-zaman “Türkiyənin xarici güc" olaraq gündəmə gətirildiyini xatırladan nazir Akar bildirib ki, Türkiyə Ordusu Liviyada yad güc deyil:

"Türkiyə Silahlı Qüvvələri burada qətiyyən yad güc deyil. Türkiyə Silahlı Qüvvələri Liviyada dost və qardaş bir ölkənin ünsürləri olaraq burada öz missiyasını davam etdirir".

Liviyada yaxın zamanda sülh və əmin-amanlığın Türkiyənin ən böyük arzusu olduğunu ifadə edən Hulusi Akar sülh və sabitlik üçün seçkilərin keçirilməsinin vacibliyinə də diqqət çəkib.

Tural Turan