Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

QMİ-dən Day.Az-a verilən məlumata görə, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir.

Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları diqqətinizə çatdırırıq:

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas" məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu "Təzə Pir" məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Ümumilikdə, qanvermə aksiyaları 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir