Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avropa İttifaqı Rusiya neftinə qiymət tavanı olmayan sanksiya paketini qəbul etməyəcək – Həlledici qərar bu gün veriləcək  

Avropa İttifaqı Rusiya neftinə qiymət tavanı olmayan sanksiya paketini qəbul etməyəcək – Həlledici qərar bu gün veriləcək  

Avropa İttifaqı Rusiya neftinə qiymət tavanını müəyyən edən bənd olmadan Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməyəcək.

Musavat.com xəbər verir ki,  “Politico” nəşrinin Avropa İttifaqındakı mənbəyə istinadən yaydığı məlumata görə, “neft qiymətinə məhdudiyyət olmayan paket” müzakirə olunmayacaq.

Qeyd edək ki, bu gün Aİ ölkələri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər. Müzakirəyə təqdim olunan paketdə Rusiyadan dəniz yolu ilə daşınan neftə qiymət tavanının təyin olunması da var. Bu addıma qarşı bir neçə Birlik ölkəsi çıxır. Onlardan biri, Rusiyanın dəstəkçisi olan Macarıstandır. Macarıstan Rusiya neftinə qarşı embarqonu nəzərdə tutan son sanksiya paketində özünə istisna ala bilib – boru xətti ilə alınan neft paketə daxil edilməyib. İndi Budapeşt çalışır ki, boru xəttilə alıb dəniz yolu ilə digər ölkələrə satdığı Rusiya neftinə də istisna əldə etsin. Kipr, Yunanıstan və Malta isə Rusiya neftinə tavan təyin olunduqdan sonra tanker donanmalarının sifarişlərinin kəskin azalacağından ehtiyat edirlər.  Kipr və Yunanıstan həmçinin bu halda Türkiyə, Hindistan və İndoneziya donanmalarının Rusiya neftinin daşınmasını öz əlinə cəmləyəcəyindən qorxurlar.

Təcrübə göstərir ki, ABŞ və Avropa İttifaqı tavandan yuxarı qiymətə satılan Rusiya neftinin daşınmasının qarşısını rahatlıqla almaq imkanındadır: daşımaların sığortalanması, alqı-satqı əməliyyatlarının maliyyələşdirilməsi onların şirkətlərinin əlindədir. İran neftinə münasibətdə ABŞ-ın sərgilədiyi münasibətdən aydın olur ki, heç bir ölkə tavandan yuxarı satılan Rusiya neftini daşımağa risk etməyəcək. Oktyabrın 2-də ABŞ Maliyyə Nazirliyi İran neft və neft-kimya məhsullarını gizli alıb Çinə satan Hindistan şirkətini qara siyahıya saldığını elan edib. Bu isə o deməkdir ki, Qərb Rusiyanın öz neftini tavandan yuxarı qiymətə satmasına imkan verməyəcək: nə Türkiyəyə, nə İndoneziyaya, nə də Hindistan və digər ölkələrə.

Musavat.com