Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avropa QORXU və TƏLAŞ içində: Bu qış qazsız - TƏHLİL

“Hazırda Avropada payız-qış mövsümünə hazırlıq həmişəkindən daha ehtiyatla və ciddi tədbirlərlə həyata keçirir. Artıq iki ölkə yeraltı qaz anbarlarını tam doldurub, 9 ölkədə isə 90 faizlik nəticə əldə edilib”.

Bu sözləri Publika.az-a açıqlayan neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bildirdi ki, qoca qitədə yeraltı qaz anbarlarının ümumi tutumu 105 milyard kubmetrdir:

“Hazırda bu göstərici 85 faiz həddindədir. Cari ilin may ayında Avropa İttifaqı oktyabrın sonuna qədər qaz anbarlarının 80 faiz doldurumasını qarşısına məqsəd qoymuşdu. Avqust ayında bu hədd keçildi”.

Sentyabr ayında Avropaya qaz nəqlinin kəskin azaldığını deyən ekspertə görə, təkcə Ukrayna üzərindən qitəyə 280-300 milyon kubmetr qaz nəql olunurdu:

“Rusiya isə “Şimal axını” kəmərilə qazın həcmini 165-170 milyon kubmetrə çatdırmışdı. İndi isə həcm kəskin azalıb. Bu baxımdan Avropa qarşıdakı qış fəsli ilə bağlı ajiotaj və təlaş içindədir. Düşünürəm ki, bu siyasət müəyyən maraqlara xidmət edən qüvvələr tərəfindən həm sosial şəbəkələr, həm də KİV vasitəsilə düşünülmüş şəkildə həyata keçirilir. Bu gün bir çox ölkələrdə informativ vatisələrlə iğtişaşlar yaratmaq üçün geniş imkanlar mövcuddur. Bir misal çəkim: 1990-cı illərdə SSRİ-dən yeni ayrılmış respublikalarda qış necə keçirdi? Qaz və işıq enerjisinə malik Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi ölkələr on ildən çox ciddi enerji böhranı yaşadı. Ancaq bu ölkələr qısa müddətdə böhranı adladı və inkişaf yoluna qədəm qoydu. Avropalılar isə belə deyil, onlar, sözün əsl mənasında, komforta öyrəniblər. Yuxarıda qeyd etdiyim maraqlı qüvvələr təkcə Rusiyadan ibarət deyil, həm də Avropaya qaz satmaqla “qazan dolduran” şirkətlər ola bilər. Reallıq isə ondan ibarətdir ki, Avropada ildə 550 milyard kubmetrə qədər qaz istehlak edilirdi. Ancaq son dövrlərin göstəricilərinə görə, artıq qənaət rejiminə keçib. Bu il həcm 500 milyard kubmetrə çatmaya bilər”.

Avropaya hər il təxminən 350 milyard kubmetr qaz idxal olunduğunu deyən ekspertin sözlərinə görə, Rusiyadan qaz idxalı cəmi 50 milyard kubmetr azalıb:

“Bu, əslində böyük rəqəm deyil. Alternativ mənbələrindən əldə etdikləri enerjidə ciddi artım var. Bu qış onların atom elektrik stansiyalarından, hətta kömürdən istifadə edəcəkləri gözlənilir. Bəs, bu cür ajiotaj yaratmaqla, əhalini qorxu altında saxlamaqla nəyə nail olmaq istəyirlər? Bu oyunların üstünün açılmasına vaxt lazımdır. Yeri gəlmkişkən, ola bilər ki, avropalılar noyabrın əvvəlinə kimi payız-qış rejiminə keçid etməsin. Bu halda, qitə sakinləri maksimum 3 aylıq enerji sərfiyyatına qənaət edə bilərlər”.

Rövşən Ziya