Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avtomobildən küçəyə tüpürənlər cərimələnəcək

Qaydanı pozan sürücüləri kameraya düşən avtomobilin dövlət nömrə nişanı ilə müəyyən edəcəklər.

Publika.az xarici media portallarına istinadla xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultan şəhər Məsləhət Şurasınnı deputatları ictimai yerlərdə tüpürməyə görə cəzanı sərtləşdirməyi təklif ediblər.

Nur-Sultan akimatının yaydığı məlumatda bildirilir ki, küçələri, ictimai yerləri zibilləmək və tüpürmək qəti qadağandır:

"Belə hərəkətlər sadəcə şəhərin ümumi mənzərəsini korlamır, həmçinin müxtəlif bakteriyaların yayılmasına səbəb olur. Ona görə də qayda pozuvcuları məsuliyyətə cəlb edilməli, inzibati yolla cərimələnməlidir. Bu qaydanı pozan avtomobil sürücülərini operativ aşkar etməkdən ötrü isə müşahidə kameralarından istifadə etmək planlaşdırılır".