Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Şəmkirdə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Şəmkir RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.

Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı məlum olub ki, rayon sakini Babək Bayramlı özünəməxsus "Chevrolet" markalı avtomobil ilə  avtoxuliqanlıq etmiş və cəmiyyətin haqlı narazılığına səbəb olmuşdur. 

Sürücü saxlanılaraq avtomobili müvəqqəti duracağa yerləşdirilib, barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə B.Bayramlı 30 gün inzibati qaydada həbs olunmaqla sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Milli.Az