Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Axtarışda olan terrorçu zərərsizləşdirildi

Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı Hatay vilayətinin Amanos və Van bölgələrində fəaliyyət göstərdiyinə görə ittiham edilən Akyol soyadlı terrorçu zərərsizləşdirilib.

Publika.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, PKK-nın terror düşərgələrində fəaliyyət göstərib təlimlər keçən Akyol PKK/YPG terror təşkilatlarının fəal üzvü olub. Əvvəlcə İraqın şimalındakı Qəndildə yerləşən düşərgələrində olan Akyol burada PKK-nın aparıcı simalarından olan Cəmil Bayıkın rəhbərliyi ilə keçirilən təlimlərə qatılıb, burada təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı planladıqları antiterror əməliyyatlarını pozmaq üçün kurslarda iştirak edib.

Terrorçu Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən təqib edilib və xüsusi antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib.