Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

AYB-nin qurultayı nə vaxt olacaq? - AÇIQLAMA

"Azərbaycan Yazıçılar Birliyinin (AYB) 13-cü qurultayının vaxtı və zamanı dəqiqləşmək üzrədir. Son toplantımızda da bu barədə müzakirələr aparılıb".

Bunu Publika.az-a açıqlamasında AYB-nin sözçüsü Xəyal Rza deyib.

O bildirib ki, qurultayın yeri və zamanı ilə bağlı məlumat 11 gün sonra açıqlanacaq:

"Bu barədə "Ədəbiyyat qəzeti"nin 15 oktyabr nömrəsində məlumat veriləcək. Bildirmək istəyirəm ki, bu ayın sonuna kimi qurultayı keçirməyi planlaşdırırıq. 13-cü qurultay paytaxtda baş tutacaq. Eyni zamanda, AYB-nin qurultayına xaricdən nümayəndələr də dəvət olunacaq. Bu barədə danışıqlar gedir. Türkiyədən, Rusiyadan, İsraildən qonaqlar dəvət oluna bilər. Amma hələlik bu barədə dəqiq məlumat verə bilməyəcəm".

Tural Turan