Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük diqqət yetirib -

Almaniyanın Azərbaycanda bərpa olunan enerji sektoruna investisiyaları ölkələr arasında əməkdaşlıqda yeni səhifə açacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Almaniyanın Birləşməsi Gününə həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan hökuməti Almaniya ilə əməkdaşlığa, xüsusilə enerji sektoruna hər zaman böyük diqqət yetirib. Almaniya SGC layihəsini həmişə dəstəkləyib və Azərbaycan qazının Avropaya tədarükü Almaniyanın "Uniper" şirkətinə də sərf edir", - nazir deyib.

"Almaniya bərpa olunan enerji sahəsində zəngin təcrübəsi ilə Azərbaycan iqtisadiyyatına mühüm töhfə verə biləcək", - deyə P.Şahbazov əlavə edib.

Nazir həmçinin qeyd edib ki, son 30 ildə Azərbaycan və Almaniya siyasi səviyyədə dialoqu, ikitərəfli əlaqələri, o cümlədən Aİ vasitəsilə əməkdaşlıq əlaqələrini genişləndirib.

Milli.Az