Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakı-Quba yolu ilə bağlı DYP-dən

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Milli.Az-a bildirilib ki, bazar günü olması səbəbindən bölgələrdən paytaxt istiqamətinə nəqliyyat axını var və bu da yollarda hərəkət intensivliyinin artması ilə müşahidə olunur: "Ancaq qeyd olunduğu kimi Bakı-Quba yolunda böyük tıxac yaranmayıb. Hazırda YPX əməkdaşları yollarda hərəkəti tam formada nizamlayırlar. Bir daha sürücülərdən yollarda təmkinli olmağı, tələskənlik nümayiş etdirməməyi və yollarda hərəkətin nizamlanmasında fasiləsiz xidmət aparan YPX əməkdaşlarına lazımi köməklik göstərmələrini xahiş edirik".

---------

Bakı-Quba yolunda tıxac yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az məlumat yayıb.

Bildirilib ki, yolun hər iki istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Milli.Az