Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Bakıda 3 nəfəri avtomobil vurub

Bakının Xətai və Sabunçu rayonlarında 2 yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xətai rayonunda baş verib.

1995-ci il təvəllüdlü Məmmədova Esmira Eyyub qızı və 1990-cı il təvəllüdlü Hacızadə Əli Elçin oğlu yolu keçərkən onları avtomobil vurub.

Digər analoji hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1986-ci il təvəllüdlü Daşdəmirov Rauf Eldar oğlunu yol kənarında gözləyərkən yüksək sürətlə gələn maşın vurub.

Hər 3 yaralı xəstəxanaya yerləşdirilib.

Milli.Az